Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Cakartada partlayışlara görə daha üç nəfər həbs edilib

Cakartada partlayışlara görə daha üç nəfər həbs edilib

Date: 15 January 2016 13:27

Bakı. 15 yanvar. REPORT.AZ/ İndoneziya polisi yanvarın 14-də ölkə paytaxtı Cakartanın mərkəzində törədilmiş partlayışlarla əlaqədar daha üç nəfəri həbs edib. "Report" BBC-yə istinadən xəbər verir ki, partlayışlarda əli olması şübhəsiylə saxlanılanların hamısı bu gün səhər Cakarta şəhərətrafında həbs edilib.
Həbs edilənlərdən birinin evində İŞİD terror qruplaşmasının bayrağı aşkarlanıb. Xatırladaq ki, daha əvvəl ekstremist qruplaşma partlayışlara görə məsuliyyəti öz üzərinə götürmüşdü.
İndoneziya Milli Polisinin rəhbəri Badrodin Haitinin sözlərinə görə, istintaq nəticəsində dünən həyata keçirilən terror aktlarının Suriyadan maliyyələşdirildiyi üzə çıxarılıb.
Xatırladaq ki, dünən paytaxtın çoxlu sayda mağaza və ofislər yerləşən Tarmin küçəsində baş partlayışlarda ən azı 7 nəfər dünyasını dəyişib. Ölənlərin 5-nin terrorçu-kamikadze olduğu bildirilir.
Eyni zamanda terror hücumu zamanı silahlı basqın da həyata keçirilib ki, terror aktında iştirak etmiş 7 yaraqlıdan üçü öldürülüb, dördü isə həbs edilib.

Tags:  Cakartada partlayışlara üç nəfər həbs edilib

RƏYLƏR


Top news