Aktual mövzular: Dollar alış-satışı , Məzənnə, Hava haqqında, Neftin qiyməti

İlham Mirzəyevdən xəbər var

İlham Mirzəyevdən xəbər var

President Ilham Aliyev met with corporate vice president of Worldwide Public Sector at Microsoft (18 January 2017 21:46)
President Ilham Aliyev met with LUKOIL president (18 January 2017 19:46)
President Ilham Aliyev met with Executive Chairman of CISCO in Davos (18 January 2017 14:34)

Date: 15 January 2016 13:27

Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan teleaparıcı İlham Mirzəyevin apellyasiya şikayətinə baxılıb.

Milli.az APA-ya istinadən bildirir ki, məhkəmə onun şikayətini təmin etməyib.

Qeyd edək ki, Nərimanov Rayon Məhkəməsinin hökmü ilə İlham Mirzəyev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Həmin hökmdən narazı qalan İ. Mirzəyev apellyasiya şikayəti verib. Lakin məhkəmə şikayəti təmin etməyib. Daha sonra İ. Mirzəyev kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət etsə də, şikayəti rədd edilib. İ. Mirzəyev bir müddət sonra cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə ərizə ilə Xəzər Rayon Məhkəməsinə müraciət edib. Lakin məhkəmə bu dəfə də onun istəyini təmin etməyib. Bundan sonra İ. Mirzəyev növbəti dəfə apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.
 
İ.Mirzəyev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunub.


Tags:  ilham mirzeyev hebs ilham mirzeyev azadliqdan mehrum edilib ilham mirzeyev apellyasiya sikayeti


RƏYLƏR


Top news