Yevlaxda “Kütləvi çıxarış” kampaniyası keçirilib

Yevlaxda “Kütləvi çıxarış” kampaniyası keçirilib
13:28 15 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Əmlak Məsələləri Dövlət Komitəsi yeni ildə ilk “Kütləvi çıxarış” kampaniyasını Yevlaxda keçirib.

Azərbaycan Prezidentinin dövlət xidmətlərində operativlik, əlçatanlıq, şəffaflıq və məmnunluq prinsiplərinin təmin olunması, xidmətlərin daha da müasirləşdirilməsi barədə tapşırıqlarına əsasən Əmlak Məsələləri Dövlət Komitəsi yeni ildə də məqsədyönlü addımları davam etdirir.

Komitədən Trend-ə verilən məlumata görə, vətəndaşların daşınmaz əmlakın qeydiyyatı xidmətlərindən daha rasional və optimal qaydada faydalanması istiqamətində tədbirlər görülür. Rahatlıq və çevikliyi artıran “bir pəncərə” prinsipinin, operativliyi təmin edən elektron xidmətlərin və müasir informasiya texnologiyalarının tətbiqi həyata keçirilir. “Bir pəncərə” prinsipinin tətbiqi sayəsində artıq qeydiyyat və torpaq idarəçiliyi ilə bağlı xidmətlər heç bir əlavə quruma müraciət etmədən bir ünvanda – Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində göstərilir. Komitənin 31 elektron, 2 onlayn və 3 SMS xidməti daşınmaz əmlakın qeydiyyatı, özəlləşdirilməsi, idarə edilməsi və icarəsi sahəsində vətəndaş-məmur ünsiyyətini minimuma endirib və vaxta kifayət qədər qənaət edilməsinə səbəb olub. İndiyədək elektron xidmət vasitəsilə edilmiş 295 mindən çox müraciət elektron xidmətlərə olan böyük marağın və bu xidmətlərdən geniş istifadənin göstəricisidir.

Vətəndaşların mülkiyyət hüquqlarının daha səmərəli təmin olunması məqsədilə yeni ildə mobil qeydiyyat tədbirlərinə artıq start verilib. Komitənin davam etdirdiyi mühüm tədbirlərindən biri də sosial layihə olan və xidmətləri bilavasitə vətəndaşın ünvanına çatdıran “Kütləvi çıxarış” kampaniyasıdır. Belə ki, yeni ildə ilk “Kütləvi çıxarış” kampaniyası 15 yanvar 2016-cı il tarixində Yevlaxda keçirilib. Sosial əhəmiyyətli kampaniya çərçivəsində rayon sakinlərinə bilavasitə yerlərdə və ünvanlarda evlər, mənzillər və torpaqların qeydiyyatına dair operativ xidmətlər göstərilib. Bu xidmətlər dövlət reyestrindən çıxarışların təqdim olunması və ilkin mülkiyyət sənədlərinin qəbulunu əhatə edir.

Yevlax rayonunun bir neçə kəndindən olan 200-ə yaxın sakin ərazi idarəsinə getmədən komitənin mobil ofisləri vasitəsilə çıxarış əldə ediblər. Həmçinin, 100-ə yaxın vətəndaşdan onların mülkiyyətinə dair ilkin sənədlər qəbul olunub. Xatırladaq ki, belə ilkin mülkiyyət sənədlərinə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qüvvəyə minən tarixədək vətəndaşlara verilmiş aktlar, şəhadətnamələr, qeydiyyat vəsiqələri, mənzillər barədə orderlər, kolxoz və sovxozlar tərəfindən verilmiş əmrlər və digərləri aiddir.

Yeni ildə kampaniya daxilində yeni aksiyaya da start verilib. Belə ki, kampaniya çərçivəsində komitənin hüquqi yardım aksiyası da keçirilir. Komitənin hüquqşünasları kampaniyada iştirak edən vətəndaşlara evlər, mənzillər, torpaqlara çıxarış və texniki pasport, yüklülük və digər arayışların alınması, qeydiyyat üçün zəruri ilkin sənədlər, çatışmayan sənədlərin əldə olunması, uyğunsuzluqların aradan qaldırılması, dövlət rüsumu və xidmət haqları, qeydiyyat proseduru və mərhələləri ilə bağlı hüquqi izah və istiqamət veriblər.

Aparılmış hüquqi maarifləndirmə nəticəsində vətəndaşlara çatdırılıb ki, qeydiyyata alınmış əmlak hüquqi təhlükəsizdir və perspektiv gəlir mənbəyidir. Dövlət qeydiyyatına alınmış daşınmaz əmlak biznes alətinə çevrilə bilər, gəlir götürülməsi məqsədilə istifadə oluna bilər.
Həmin gün komitənin mobil ofisləri vasitəsilə mütəxəssislər bir neçə fiziki məhdudiyyətli vətəndaşın evinə gedərək çıxarışları elə onların evində təqdim edib.

Birbaşa evlərdə xidmətlərin göstərilməsi maksimum əlçatanlığı, vaxta qənaəti və rahatlığı təmin etmək məqsədi daşıyır. Kampaniya vətəndaşın ərazi idarəsinə müraciət, idarəyə gəlib-getmə məcburiyyətlərinə son qoyur, nəqliyyat xərclərinin qarşısını alır, qeydiyyatla bağlı dövlət xidmətlərini birbaşa ünvana çatdırır.

Xidmətin çatdırılması üçün əlavə ödəniş tələb olunmur, mobil xidmətlər yalnız qanunla müəyyən edilmiş dövlət rüsumu və xidmət haqqı əsasında həyata keçirilir. Bu rüsumlar yalnız bank vasitəsilə və ya elektron qaydada ödənilir. Bütün bu sosial addımlar son nəticədə şəffaflıq, çeviklik, rahatlıq və məmnunluq səviyyəsinin yüksəlməsini təmin edir.

Kampaniyanın digər faydası vətəndaşların qeydiyyat xidmətlərindən daha əlverişli şəkildə faydalanması və daşınmaz əmlakın hüquqi etibarlılığı və iqtisadi səmərəsini daha da artırmasıdır. Bununla yanaşı, kampaniya daşınmaz əmlak bazarının aktivləşməsinə, əmlak sahiblərinin biznes proseslərinə cəlb edilməsinə də öz töhfəsini verir.

Qeyd edək ki, təkcə 2015-ci ildə kampaniya 16 şəhər və ya rayonda həyata keçirilib. Kampaniya başlayandan bu günədək ümumilikdə 6000-dən çox vətəndaş kampaniyadan faydalana bilib.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

ÇL: “Qarabağ” Bakıda "Şerif"in müqavimətini qıra bilməyib

25 İyul 2017 22:57

Psixopat insanları necə tanlmalı?

25 İyul 2017 22:57

Türkiyə təyyarəsində bomba həyəcanı

25 İyul 2017 22:54

Türkiyədən Suriyaya uzanan tunel tapıldı

25 İyul 2017 22:52

Sizofreniyanın əlamətləri

25 İyul 2017 22:52

“Qarabağ” – “Şerif” matçı heç-heçə yekunlaşdı

25 İyul 2017 22:51

Ayətullah Seyyid İsmayil Sədrdən həyat yoldaşına izahat

25 İyul 2017 22:47

Müsəlmanı sevdiyi üçün öldürüldü

25 İyul 2017 22:42

Toy sahiblərinə “toy tutan” şadlıq evləri - QİYMƏTLƏR

25 İyul 2017 22:42

Depressiya xəstəliyinin əlamətləri

25 İyul 2017 22:42

Bu ölkədə pomidoru polis qoruyur

25 İyul 2017 22:42

Çimərlikdə "canlı hədəf" oldu - FOTO

25 İyul 2017 22:32

Moruq xərçəng şişləri hüceyrələrini məhv etməyə qadirdir

25 İyul 2017 22:32

Azərbaycana məxsus yük maşını aşdı və yolu bağladı - VİDEO

25 İyul 2017 22:32

Türkiyə təyyarəsi bomba xəbərinə görə Əlcəzairdə təcili eniş edib

25 İyul 2017 22:27

Kafedə yeyib-içdilər, axırda dava düşdü - BIÇAQLANMA

25 İyul 2017 22:23

Qarpız çəyirdəklərini qaynadaraq içməyin 4 faydası

25 İyul 2017 22:22

Quranda adı çəkilən Bələm Baura kim olub?

25 İyul 2017 22:17

Sumqayıtda üç uşağını atıb qaçan qadın!

25 İyul 2017 22:16

Mingəçevirdə 36 yaşlı şəxs döyülərək tanınmaz hala salınıb

25 İyul 2017 22:12

Osteoartrit xəstəliyi nədir

25 İyul 2017 22:12

Çavuşoğlu: “Yunanıstana keçən miqrantların sayı 99 faiz azalıb”

25 İyul 2017 22:09

Azərbaycan yeniyetmələrin 14-cü Avropa Olimpiya Festivalında ilk medalını qazanıb

25 İyul 2017 22:07

Məşhur model ailəvi istirahətdə - FOTO

25 İyul 2017 22:05

Frenk Sinatranın həyat yoldaşı 90 yaşında vəfat edib

25 İyul 2017 22:02

40 yaşlı qadınlara 20 məsləhət

25 İyul 2017 21:57

Kafedə yeyib-içdiyi tanışı bıçaqladı

25 İyul 2017 21:57

Görmə hallsünasiyaları

25 İyul 2017 21:52

Beynəlxalq Bankın reytinqləri yüksəldi

25 İyul 2017 21:49

İki azyaşlının bu VİDEOSU izlənmə rekordu qırır

25 İyul 2017 21:48

Avtomobil bazarında son durum

25 İyul 2017 21:48

Meksikada atışma baş verib, ölən və yaralananlar var

25 İyul 2017 21:47

Bakılılar üçün daha bir Bundesliqa klubu

25 İyul 2017 21:47

Məkkənin imam-cüməsinin hidayəti

25 İyul 2017 21:47

Çörək kəsdiyi tanışı tərəfindən bıçaqlandı

25 İyul 2017 21:44

Ketrin pivə, Meqan alma sirkəsi – məşhurların gözəllik sirri

25 İyul 2017 21:42

“Euronews” Azərbaycan halvasından reportaj hazırladı - VİDEO

25 İyul 2017 21:42

Haqla batil arasında 4 barmaq fasiləsi

25 İyul 2017 21:42

Burcu Esmersoyu Hindistanda inək yaladı - FOTO

25 İyul 2017 21:42

Azərbaycanda bu xəstəlikdən ölənlərin sayı artıb

25 İyul 2017 21:37

"Bikini kraliçası" yeni fotolarını paylaşdı - FOTO

25 İyul 2017 21:32

Sumqayıtda gəlin 3 uşağını atıb qaçdı: Əri onu axtarır – VİDEO

25 İyul 2017 21:27

Bakı avtobusu: bir tərəfdə meyvə-tərəvəz çuvalları, bir tərəfdə sərnişinlər - VİDEO

25 İyul 2017 21:27

“Neftçi”nin növbəti rəqibi də Bundesliqa təmsilçisi olacaq

25 İyul 2017 21:27

"Keyxanım"ın Türkiyədə yaşayan "sevgili"si danışdı: "Bir-birimizlə əlaqə saxlayırıq" - FOTO

25 İyul 2017 21:22

Cəfəri və nanə çayı ilə qaraciyərinizi təmizləyin

25 İyul 2017 21:22

İmtahandan az bal topladı, evdən qaçdı - VİDEO

25 İyul 2017 21:22

Polis 5 yaşlı uşağı öldürəni əzişdirdi - VİDEO

25 İyul 2017 21:18

Niyam Salami kövrəldi: "O, mənim dərdimi çəkirdi" - FOTO

25 İyul 2017 21:17

Azərbaycanlı rəssam mismar və ipdən portretlər yaradır - VİDEO

25 İyul 2017 21:17