Fövqəladə Hallar Nazirliyinin Pakistanın müvafiq qurumları ilə əməkdaşlığının inkişafı məsələləri müzakirə edilib

Fövqəladə Hallar Nazirliyinin Pakistanın müvafiq qurumları ilə əməkdaşlığının inkişafı məsələləri müzakirə edilib
13:28 15 Yanvar 2016
16 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov yanvarın 15-də Pakistan İslam Respublikasının Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Muhammad Zakaullahın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Kəmaləddin Heydərov qonaqları salamlayaraq ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər haqqında ətraflı məlumat verib. O, rəhbərlik etdiyi nazirliyin dost Pakistan İslam Respublikasının müvafiq qurumları ilə əməkdaşlığının daha da inkişaf edəcəyinə inamını diqqətə çatdırıb.
Pakistan Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Muhammad Zakaullah səmimi görüşə görə təşəkkürünü bildirib, Fövqəladə Hallar Nazirliyi ilə əlaqələrin daha da möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonra qonaqlar Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin böhranların idarə olunması və əməliyyat zallarının fəaliyyəti ilə tanış olublar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Fovqelade_Hallar_Nazirliyinin_Pakistanin_muvafiq_qurumlari_ile_emekdasliginin_inkisafi_meseleleri_muzakire_edilib-918715

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR