Azərbaycanda yeni kino mərkəzləri fəaliyyətə başlayacaq

Azərbaycanda yeni kino mərkəzləri fəaliyyətə başlayacaq
13:29 15 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

 

"CinemaPlus" kinoteatrının daha 5 mərkəzi fəaliyyətə başlayacaq. Bu barədə Lent.az-a kinoteatrdan verilən məlumatda deyilir. Mərkəzlərdən biri Gəncə şəhəri Nizami Gəncəvi küçəsində yerləşən "Xəmsə park" Ticarət Mərkəzinin 5-ci mərtəbəsində fəaliyyətə başlayacaq. Artıq bütün avadanlıqlarla təmin olunan, 3D texnologiyaları ilə təchiz edilən kinoteatr 5 zallı və 460 nəfərlik. Bu həm də Gəncə şəhərində regionun ilk kinoteatrı olacaq. Digər kinoteatr "Gənclik Mall" Ticarət Mərkəzində olacaq. 9 zallı kinoteatr ölkənin ən böyük kino mərkəzi olacaq. "Amburan Mall"da da 3 zallı kinoteatrın açılması da nəzərdə tutulub.

 

2017-ci ildə "Azərbaycan" kinoteatrında və Bakı İdman Sarayının (Neftçilər prospektində yerləşən keçmiş Əl Oyunları Sarayı) arxasında inşa olunan Caspian Waterfrontda "CinemaPlus"un digər şəbəkələrinin açılması planlaşdırılıb.

 

Xatırladaq ki, hazırda "CinemaPlus" yalnız "28 Mall" Ticarət Mərkəzində fəaliyyət göstərir.

Keçən il dekabrın 17-də 3 il fəaliyyət göstərən "28 Cinema"nın adı dəyişdirilərək "CinemaPlus" olub.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228822

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR