UNEC-də nümunəvi dərslər aylığına start verilib (FOTO)

UNEC-də nümunəvi dərslər aylığına start verilib (FOTO)
13:33 15 Yanvar 2016
13 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Yanvarın 15-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yeni layihəyə start verilib.

UNEC-in Marketinq və Kommunikasiya Departamenti, İctimaiyyətlə Əlaqələr Şöbəsindən Trend-ə verilən məlumata görə, layihə çərçivəsində UNEC-in professor və kafedra müdirləri nümunəvi dərslər keçəcəklər. Dərslərdə universitetin müəllim heyəti, doktorant, dissertant, gənc müəllim və əməkdaşlarla yanaşı, digər ali təhsil müəssisələri, təşkilat və şirkətlərin nümayəndələri də iştirak edəcəklər.

Layihənin məqsədi təhsilverənlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi, eyni zamanda qocaman professor və təcrübəli pedaqoqların tədris və təlim texologiyaları sahəsində öz biliklərini gənc nəslə ötürməsidir.

Müasir dövrün aktual problemlərinə həsr olunacaq nümunəvi dərslərin dinləyiciləri innovativ təlim texnologiyalarının tətbiqi ilə yanaşı, nümunəvi dərsdə öyrənilən problemlə bağlı nəzəri bilik və praktiki bacarıqlara da yiyələnəcəklər.

Nümunəvi dərslər bir ay davam edəcək.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2480896.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR