Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Sabiq nazir müavininin məhkəməsində şahidlər ifadə verdi

Sabiq nazir müavininin məhkəməsində şahidlər ifadə verdi

Date: 15 January 2016 13:33

Bakı. Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq müdafiə naziri Səfər Əbiyevin müavini olmuş Mehman Səlimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə Müdafiə Nazirliyinin Mənzil İstismar Sahəsinin işçisi olmuş Hafiz Əliyev və Müdafiə Nazirliyinin Maliyyə Xidmətinin sabiq rəisi Elçin Mehdiyev şahid qismində ifadə veriblər.

Növbəti məhkəmə prosesi yanvarın 22-ə təxirə salınıb.

Qeyd edək ki, M.Səlimov 20014-cü ilin noyabrında həbs olunub. O, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq edilən cinayət işi ilə bağlı məsuliyyətə cəlb edilib.

M.Səlimova qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb və onun barəsində həbs-qətimkan tədbiri seçilib.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Sabiq nazir müavininin məhkəməsində şahidlər ifadə verdi

RƏYLƏR


Top news