20 Yanvar milli hüzn və qürur günüdür

13:38 15 Yanvar 2016
12 Digər
Ölkə mətbuatı
A- A+


Bərdə, 15 yanvar, AZƏRTAC
1990-cı ilin yanvarın 20-si xalqımızın tarixinin həm faciəli, həm də şərəfli səhifəsidir. Həmin gün xalqımız hərbi təcavüzə məruz qalsa da, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək əzmini bütün dünyaya nümayiş etdirdi.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Bərdə Peşə Liseyində “20 Yanvar milli hüzn və qürur günüdür” mövzusunda keçirilən tədbirdə səsləndirilib. Bərdə rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Gənclər və İdman İdarəsinin məsləhətçiləri Aydın Qasımov və Yusif Musayev çıxış edərək, 20 Yanvar faciəsinin səbəblərindən, sovet imperiyasına rəhbərlik edən şəxslərin Azərbaycan xalqına qarşı məkrli siyasətindən danışıb, hadisəyə siyasi-hüquqi qiymət verilməsində, şəhidlərin adının əbədiləşdirilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs ediblər.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/20_Yanvar_milli_huzn_ve_qurur_gunudur-918719

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR