UEFA-nın “Kreativlik və innovativlik” mükafatı AFFA-ya təqdim edilib

UEFA-nın “Kreativlik və innovativlik” mükafatı AFFA-ya təqdim edilib
13:38 15 Yanvar 2016
20 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 yanvar, AZƏRTAC
İstanbulda UEFA-nın “KISS Marketing Community Workshop” adlı tədbiri keçirilir.
AZƏRTAC xəbər verir ki, Türkiyə Futbol Federasiyasının (TFF) ev sahibliyi etdiyi tədbirdə 100-dək nümayəndə, o cümlədən TFF prezidenti İldırım Dəmirörən, həmçinin UEFA İcraiyyə Komitəsinin üzvü Allan Hansen və müxtəlif federasiyaların rəsmiləri iştirak edirlər.
AFFA-nın baş katibi Elxan Məmmədov UEFA-nın bu ildən etibarən tətbiq etməyə başladığı “Grow-2020” layihəsinə dair təqdimatla çıxış edib.
Portuqaliyanın Kaskais şəhərində təşkil olunmuş UEFA-nın “KISS Marketing Awards 2014” tədbirində AFFA-nın təqdim etdiyi “3x3 qızlar” turniri “Ən yaxşı futbol kütləviliyi marketinq kampaniyası” kateqoriyası üzrə “Kreativlik və innovativlik” mükafatına layiq görülmüşdü. Mükafatla bağlı müvafiq diplom İstanbulda keçirilən mərasimdə UEFA-nın İcraiyyə Komitəsinin üzvü Allan Hansen tərəfindən Elxan Məmmədova təqdim olunub.
Tədbirdə, həmçinin AFFA-nın marketinq və reklamlar şöbəsinin müdiri Tural Piriyev, Bakı Olimpiya Stadionunun direktoru Cavid Qarayev də iştirak edirlər. İştirakçılar tədbir çərçivəsində futbol üzrə Türkiyə yığmasının bazasını və muzeyini gəziblər.
Seminara bu gün yekun vurulacaq.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/UEFA_nin_Kreativlik_ve_innovativlik_mukafati_AFFA_ya_teqdim_edilib-918718

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR