Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Məsut Özil rəqib tanımır

Məsut Özil rəqib tanımır

Məsut Özil Almaniya yığmasından çıxıb (18 Mart 2017 18:14)
"Arsenal" dağılır - Bu ulduzlar gedir (10 Mart 2017 11:17)
Məsut Türkiyəni niyə seçməyib? - İlk dəfə açıqladı (06 Mart 2017 20:07)

Tarix: 15 Yanvar 2016 13:42

"Arsenal"ın yarımmüdafiəçisi Məsut Özil Almaniya yığmasının ən yaxşı futbolçusu seçilib. Fanat.az xəbər verir ki, bu, Almaniya Futbol Federasiyasının rəsmi saytında azarkeşlər arasında keçirilmiş səsvermə nəticəsində müəyyənləşib. 

Səsverməyə 51 min azarkeş qatılıb. 27 yaşlı türk əsilli orta sahə oyunçusu 45,9 faiz səs toplayıb. O, "Bavariya"nın hücumçusu Tomas Müllerlə (15,9 faiz) "Köln"ün müdafiəçisi Yonas Hektoru (13,6 faiz) üstələyib. 

Qeyd edək ki, Məsut Özil bu mükafatı son 5 ildə 4-cü dəfə qazanıb. O, 2011-2013-cü illərdə dalbadal 3 dəfə Almaniyanın ən yaxşı futbolçusu sayılıb.

Fanat.az

Teqlər:  Məsut Özil rəqib tanımır



RƏYLƏR


Top xəbərlər