​Kataloniyanın yeni baş naziri: "Müstəqilliyimizi birtərəfli qaydada elan etməyəcəyik"

13:42 15 Yanvar 2016
16 Dünya
Ölkə mətbuatı
A- A+

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Kataloniya muxtariyyətinin yeni hökumətinin başçısı Karles Puçdemon yerli "TV-3" telekanalına müsahibəsində bildirib.
"Biz seçkiqabağı kampaniya zamanı birtərəfli qaydada İspaniyanın tərkibindən çıxacağımızı vəd etməmişik",- deyə o vurğulayıb.
K.Puçdemon bildirib ki, hazırda əsas işi Kataloniyanın Konstitusiyasına bir sıra dəyişikliklər etməkdir.
Qeyd edək ki, ölkənin Jiron şəhərinin keçmiş meri Karles Puçdemon bu il yanvarın 10-da Kataloniyanın baş naziri seçilib.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/kataloniyanin-bas-naziri-musteqilliyimizi-birterefli-qaydada-elan-etmeyeceyik

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR