Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

MN: Ermənistan tərəfinin həqiqətə uyğun olmayan məlumatlar yayması təxribatlar üçün zəmin yaratmaq məqsədi daşıyır

Date: 15 January 2016 13:43

Bakı. Elçin Mehdiyev – Trend:

Ermənistan tərəfinin həqiqətə uyğun olmayan məlumatlar yayması gələcək təxribatlar üçün zəmin yaratmaq məqsədi daşıyır.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən ermənistanın elektron kütləvi informasiya vasitələrinin Azərbaycan Silahlı Qüvvələrinin cəbhə xəttində guya təxribat törətməsi və itki verməsi barədə yalan məlumatlarına münasibət bildirərkən deyilib.

Nazirlikdən bildirilib ki, düşmən tərəfi ictimaiyyəti çaşdıran və həqiqətə uyğun olmayan bu cür xəbərləri yaymaqla gələcək təxribatları üçün zəmin yaratmaq məqsədi daşıyır:

“Bildiririk ki, Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməyib və qoşunların təmas xəttində əməliyyat şəraitinə tam nəzarət edir”.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Ermənistan tərəfinin həqiqətə uyğun olmayan məlumatlar yayması təxribatlar zəmin yaratmaq məqsədi daşıyır

RƏYLƏR


Top news