Nazir: Ötən il Azərbaycan neft hasilatı üzrə proqnozu artıqlaması ilə yerinə yetirib

Nazir: Ötən il Azərbaycan neft hasilatı üzrə proqnozu artıqlaması ilə yerinə yetirib
13:48 15 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. Maksim Tsurkov – Trend:

2015-ci il ərzində Azərbaycanda 40,7 milyon ton proqnoza qarşı 41,6 milyon ton neft hasil edilib. Trend-in məlumatına görə, bu barədə energetika naziri Natiq Əliyevin “Respublika” qəzetində dərc edilən məqaləsində deyilir.

Məqalədə bildirilir ki, hasil olunan neftin 31 milyon tonu (867,0 min ton proqnozdan çox) “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun, 2,3 milyon tonu “Şahdəniz”in (kondensat), 8,2 milyon tonu isə SOCAR-ın payına düşüb.

Məqalədə deyilir ki, hazırda Azərbaycanda gündəlik təqribən 120 min ton neft və 89 milyon kubmetr qaz hasil edilir ki, bu da dənizdə və quruda istismar edilən yataqlardan, həmçinin xarici şirkətlərlə birgə işlənən “Şahdəniz”, “Azəri-Çıraq-Günəşli” və “Ümid” yataqlarından əldə olunur.

2014-cü ildə Azərbaycanda cəmi 42,4 milyon ton neft hasil edilib. Bununla da 2015-ci ildə neft hasilatı 2014-cü illə müqayisədə 1,2 faiz azalıb.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/energy/2480802.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR