Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Sumqayıt Dövlət Rəsm Qalereyasında “Tariximizin izləri” adlı sərgi açılıb

Sumqayıt Dövlət Rəsm Qalereyasında “Tariximizin izləri” adlı sərgi açılıb

Date: 15 January 2016 14:03


Sumqayıt, 15 yanvar, AZƏRTAC 
Yanvarın 15-də Sumqayıt Dövlət Rəsm Qalereyasında 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş “Tariximizin izləri” adlı sərgi açılıb.
Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsindən AZƏRTAC–a bildirilib ki, sərgidə qalereyanın xüsusi fondundan peşəkar rəssamların rəngkarlıq və heykəltəraşlıq əsərləri nümayiş olunub.
Tədbirdə Ə.Kərim adına “Poeziya” klubunun direktoru İbrahim İlyaslı və şairə Almaz Əliyeva çıxış edərək, 20 Yanvar faciəsinin müstəqilliyimizin bərpasındakı rolundan və bu hadisənin Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi kimi əhəmiyyətindən danışıblar.
Şəhər Mədəniyyət Evinin qiraət dərnəyi S.Rüstəmin “Ana və poçtalyon” şeirinə həsr edilən kompozisiya göstərib, özfəaliyyət kollektivi üzvləri vətənpərvərlik ruhunda mahnılar ifa edib, videoçarx nümayiş olunub.
Tədbir boyu nümayiş olunan kompozisiyalar sumqayıtlı gənc rəssam Pərviz Mahmudov tərəfindən kətan üzərinə köçürülərək Dövlət Rəsm Qalereyasına hədiyyə edilib.
Sərgi iki həftə davam edəcək.



Tags:  Sumqayıt Dövlət Rəsm Qalereyasında Tariximizin izləri adlı sərgi açılıb


RƏYLƏR


Top news