Fransızca danışan göysatan, ən ucuz göbələk, bahalaşmayan “can dərmanı”... BAZARIN GÜNÜ

Fransızca danışan göysatan, ən ucuz göbələk, bahalaşmayan “can dərmanı”... BAZARIN GÜNÜ
14:04 15 Yanvar 2016
44 Sosial
Ölkə mətbuatı
A- A+

Lent.az-n əməkdaşı paytaxtın ən məşhur bazarından yazır

Hər iki tərəf narazıdı. Alan da, satan da. Alıcı bazarda qiymətlərin bahalığından, satıcı isə alıcılıq qabiliyyətinin zəifliyindən. Söhbət paytaxtdakı “8 km bazarı”ndan gedir.

 

Günorta çağı olsa da, bazarda satıcılar boşluqdan, necə deyərlər, milçək ovlayırdılar. Adda-budda bir alıcı ola, o da qiymətdən narazı qalıb gedə.

 

Əvvəl ət məhsullarından başladıq. Bazarın girişində balıq satan Cavanşirin sözlərinə görə, balığın qiymətində artım olmayıb. O, kütümün kilosunu bahalaşmadan əvvəl də 5 manata satırmış, indi də. Eləcə də toyuqların qiymətində də artım olmayıb. Bunu da Rəsul deyir.

 

Mal və qoyun ətinə gəlincə, bazarda köhnə qiymətlər qalır: dana əti 7.50 manata, qoyun əti isə 9-10 manat arasında dəyişir. Daimi müştəriləri var. Xahiş edincə, qiymətdə güzəştə gedirlər. Qəssab Hacı Nemət deyir, alıcılıq 2 dəfə azalıb.

 

- Qiyməti qaldırmaq olmur. Ət rayondan gəlmir ki?! Özümüz kəsib, özümüz alırıq. Baha eləsək, alıcılarımızı itirəcəyik. Onsuz da bahalaşmadan bəri alver xeyli azalıb. Əvvəl günortaya ət qalmazdı. Dükanı bağlayıb gedərdik. İndi axşama yeddi-səkkizə kimi gözləyirik ki, bəlkə alıcı olar.

 

Qiymətindən ən çox şikayətlər eşidilən kənd yumurtası son devalvasiyadan sonra 10 qəpik  bahalaşıb, dənəsi 25 qəpik olub. Bunu da buğdanın bahalaşması ilə əlaqələndirirlər.

 

Süd və süd məhsulları olan tərəfə keçirik. Əsas yerli məhsullar satılır. Buna görə də qiymətlərdə artım yoxdu. Əslən İsmayıllıdan olan Çimnaz xalanın sözlərinə görə, pendirin kilosunu 3-4 manata satırlar.

 

Əhalinin gündəlik tələbatında əsas yeri tutan kartof-soğanın qiymətində artım var. Əksər kartoflar xaricdən gəldiyi üçün əvvəl 70-80 qəpiyə satılan kartof bu gün 1 manat, 1 manat 30-40 qəpikdən satırlar.

 

Kartof satan Aydın baba deyir ki, əvvəl gündəlik daha çox alver edirmiş.

 

- Əvvəl günə 30-40 kilo kartof satardım. Səhərdən indiyə kimi cəmisi 10 kilo kartof satmışam. 3-4 kilo kartof alan adam, indi gəlir ki, yarım kilo kartof ver, yarım kilo da soğan. Camaatda pul yoxdu. Onlar alver etməyincə, bizim də dolanışığımız çətinləşir. Əvvəl alıcı əlindən bazarda tərpənmək olmazdı. Bu gün bazara baxın! Alıcıdan çox satıcı var.

 

Göyərti satan Mətanət xala da qiymətlərdən narazıdır. Deyir, dükanlarda ərzaq məhsulları qalxıb:

 

- Yağ, un bahalanıb. Əvvəl göyün altısını-yeddisini 1 manata satırdımsa, indi beşini-altısını verirəm. Məcburam baha satmağa. Mən də yeməliyəm axı?! Banka kredit ödəyirəm. Xərclərim var. Alan yoxdu, ay qızım. Qiymətləri soruşub gedirlər.

 

Bazarda əsas qiymət artımı meyvə-tərəvəzdə görmək olur. Meyvə-tərəvəz alveri ilə məşğul olan Elşad bəy meyvələrdə bahalaşmanı topdan satış məntəqələrində qiymətlərin qalxması ilə izah edir.

 

- Qiymətlər artıb deyə alıcılar da azalıb.

 

Ovcunu irəli uzadır:

 

- Baxın, bu günə cəmi 70 qəpiklik alver etmişəm. Gündə 11 manat yerpulu verirəm.

 

Sonra əyilib piştaxtanın arxasından yeşik çıxarır:

 

- Alan yoxdu. Xarab olur, atırıq.

 

Özü əkib-becərib satana rast gəlmədik. Bazardakıların əksəriyyəti alverçidir. Alıb satırlar. Meyvə satılan digər “polka”nın qiymətləri ilə maraqlanırıq.

 

- Hər yerdə qiymət qalxıb. Tək bizdə yox. Deyirlər, süni qiymət artımı var. Tutaq ki, mən kəndliyəm. Yerkökü becərmişəm. Bu kökü mən neçəyə satım ki, evimə yağ alım? Dükanda yağı bahalaşdırıb, 15 manata qoyublar. Deyir, yerli məhsul qalxmasın. Yaxşı, qalxmasın. Bəs mən kökün qiymətini qaldırmasam, yağı, qəndi, “pesok”u, unu necə alım? Paltarsız birtəhər dolanarıq. Köhnədən nəyimiz var, geyinərik. Bəs bu kəndli yeməsə necə işləyəcək? Kəndli neyləsin, acından ölsün?

 

Elə bu zaman alıcı yaxınlaşır. Almaların qiyməti soruşub, narazılıq edir.

 

- Yağı anladıq, xaricdən gəlir. Bəs alma? Alma ki, yerli məhsuldu. Bu niyə bahalanıb?

 

Bu sözləri demişdi ki, satıcılarla alıcı aralarında mübahisə yarandı.

 

Alıcı xanım deyir ki, Gədəbəy kartofu Rusiyadan gələn kartofdan ucuzdu. Niyə o ucuz verə bilir, siz verə bilmirsiniz? Öz torpağımızdan çıxan malı baha verirlər.

 

Elşad bəy yarmarkalardan da gileyləndi.

 

- Yarmarkaları təşkil edirlər. Allah razı olsun. Amma qiymətlər bazarla eynidir. Yarmarkada ucuz olsaydı, ordan ucuz alıb, biz də ucuz satardıq. Yarmarkada yaşlı heyvan ətini 5 manata satırlar. Bizim bazarda da kilosu 5 manata mal əti var. Cavan dana ətini kim 5 manata satar? Sonra da deyirlər ki, guya yarmarkalarda ucuzluqdu.

 

Satıcılar topdan satış məntəqələrində əvvəl bütün meyvələrin qiyməti qalxsa da, artıq köhnə qiymətlə stabilləşib. Portağal bayram qabağı bahalaşsa da, bu gün kilosu 1. 60 qəpikdən satılır.

 

Xaricdən gətirilən meyvələrin də qiyməti ilə də maraqlandıq. Manat ucuzlaşandan əvvəl 2.10 manata alınıb. Sonra 2.20-yə qalxıb. 2-3 gün bundan əvvələ qədər 2.40 manat olub. Ananasın alıcısı çox olmadığından qiyməti dəyişməyib.

 

Mövsüm bitdiyi üçün naringinin qiymətində də artım olub. Bazarda əsasən yerli naringi satılır. Tələbat da yerli maladır. Topdan 1.70-ə alınıb, 2 manata satılır. İsmayıllı “Qızıl Əhməd” almasının da qiyməti qalxıb. Yerli məhsulun qiymətindəki artımı ... yol xərcləri və gündəlik tələbat mallarının bahalaşması ilə əlaqələndirdilər.

 

Satıcılar mərci, düyü, lobyanın da qiymətində artım olmadığını deyir.

 

Bazarda alıcılıqdan razı olan bəlkə də yeganə satıcı Sahibdir. Göbələk satışından razıdır. Qiymətlər də, alıcılıq da əvvəl necə idisə, indi də o cür qalır. Marketlərdə od qiymətinə satılan şampinyon göbələyinin kilosu 2-2.50 manat arasındadı. Dil-ağız eləyib, hətta daha ucuz da almaq olar.

 

Qışın əsas sevimli qidası turşudur. Yeməyin yanında əla gedir. Yaxşı ki, turşuların qiymətində də artım olmayıb. Ehtiram deyir ki, kələmi, pomidoru, xiyarı özü becərib:

 

- Gördüyünüz bu turşuların heç birinə pul verib almamışam. Yerli istehsaldı. Qusarda əkib-becərmişik, duzlamışıq. Ona görə də, qiymətlərində artım etmədik. Həm cibə xeyirdi, həm cana. Taxta küpələrdə qoymuşuq. Dükanlarda satılanlar necə hazırlanır, bilmirik. Buna baxmayaraq, yenə də alan yoxdu. Əvvəl gün ərzində xeyli alver edərdik. İndi səhərdən bu yana çox az turşu satmışam.

 

Kələm, xiyar və kal pomidor turşusunun kilosu 1.50 manatdan satırlar. Əgər 3 kilodan artıq alsanız, kilosunu 1 manatdan verirlər.

 

“8-ci km bazarı”na getsəniz, sizə bir məsləhət verim. Mütləq Vahid müəllimlə görüşün. Məzəli söhbəti var. Tələbəlik illərindən danışacaq, üstündən də öz şeirlərindən deyəcək. Xarici Dillər Universitetini bitirib. Novruz Məmmədovun sevimli tələbəsi olub. Uzun müddət “İnturist”də tərcüməçi işləyib. Təqaüdə çıxandan gündüzlər bazarda alver edir, axşamlar abituriyent hazırlayır. İki xarici dil bilir: İngilis və fransız. Elə bizi də hər iki dildə salamladı. Göylərin qiymətindən başlayıb, tələbə illərinə qədər danışdı. Tələbəlik illəri bizə qalsın, göyün qiymətlərində dəyişiklik etməyib. Əvvəl necə idisə, bu gün də eyni qiymətə satır.

 

Marketlərdən fərqli olaraq, bazarda hər qiymətə məhsul var. Bahalısı da, ucuzu da. Əksəriyyəti də yerli. Üstəlik də bazarda qiymət endirimi var. Dədə - babadan olduğu kimi...




















RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

"Barselona" ardıcıl üçüncü dəfə İspaniya Kubokunu qazanıb

28 May 2017 03:17

Məşhur rok ulduzu dünyasını dəyişdi - FOTO

28 May 2017 02:58

Belqradda güclü partlayış olub

28 May 2017 02:50

Donald Tramp G7 liderlərinin birgə fotoçəkilişinə gecikib

28 May 2017 02:32

Cazibədar Sunniva - FOTO

28 May 2017 02:32

"Arsenal" 13-cü dəfə İngiltərə Kubokunun sahibi oldu

28 May 2017 02:32

Ağcabədidə 4 metrlik gürzə öldürüldü - FOTO

28 May 2017 02:03

ABŞ KXDR-nin qarşısını almaq üçün Sakit okeana üçüncü təyyarə gəmisini göndərib

28 May 2017 01:52

Suriya qoşunları Hələbin 12 kəndini İŞİD-ən azad edib

28 May 2017 01:37

Səyyahlar üçün mebel - FOTO

28 May 2017 01:32

Nömrəni səhv yığdı, xoşbəxt oldu

28 May 2017 01:29

Putinlə Ərdoğan telefonla danışdı

28 May 2017 01:28

Hər gün 5 alma çəyirdəyi yeyin

28 May 2017 01:09

Ermənistanda gömrük məntəqəsinin rəisi həbs edildi

28 May 2017 01:03

İtaliyada G7 sammitinə etiraz edənlərlə polis arasında toqquşma olub

28 May 2017 01:02

Azərbaycanda 28 May

28 May 2017 00:42

G7 sammiti başa çatdı

28 May 2017 00:38

Ən çox milyarderi olan ölkələr

28 May 2017 00:16

Astroloji proqnoz - 28 may

28 May 2017 00:13

Azərbaycan Xalq Cümhuriyyəti 98 yaşında

28 May 2017 00:07

“NATO PA-da növbəti dəfə erməni yalanının şahidi olduq” - Siyavuş Novruzov

28 May 2017 00:05

İtalyan model Silviya - FOTO

28 May 2017 00:05

Günün qoroskopu: ünsiyyət üçün əla gündür

28 May 2017 00:05

Böyük məbləğə satılan 15 qəribə rəsm əsəri - FOTO

28 May 2017 00:05

Oruc tutan şəxslər idmanla məşğul ola bilər?

27 May 2017 23:57

Alimlər keçəlliyin səbəbini tapdılar

27 May 2017 23:57

Facebook-a bağlılığınız uşaqlarınıza mənfi təsir edir

27 May 2017 23:57

Keçmiş senator həyatını itirdi

27 May 2017 23:54

İftarda ərik suyu için

27 May 2017 23:52

Putin və Ərdoğan arasında telefon danışığı olub

27 May 2017 23:47

“Həzrət Davudun (ə) orucu” nə deməkdir?

27 May 2017 23:47

Kamran Ağayev "Amkar" klubuna keçə bilər

27 May 2017 23:43

Oruc tutanlar bu xəbəri mütləq oxuyun! - həkim məsləhəti

27 May 2017 23:42

Moruqla müalicə olunmaq üçün 5 resept

27 May 2017 23:37

"Arsenal" 13-cü dəfə İngiltərə Kubokunun sahibi olub

27 May 2017 23:37

Serial ulduzu kurortda istirahət edir - FOTO

27 May 2017 23:32

Yeniyetmə avarçəkənimiz Avropa çempionatında finala çıxdı

27 May 2017 23:32

Bülənt Ərsoyu kobranın sancdığı görüntülər ortaya çıxdı

27 May 2017 23:30

Bülent Ersoyu kobranın vurduğu anlar ortaya çıxdı - VİDEO

27 May 2017 23:27

Bu 11 qidanı soyuducunun buzluğunda saxlamaq olmaz

27 May 2017 23:27

Ramazan ayında niyə xurma yeyilir?

27 May 2017 23:22

“Arsenal” mövsümü kubokla bitirdi

27 May 2017 23:17

Orucu neçə yaşından tutmaq vacibdir?

27 May 2017 23:17

Bıçağınız kütdür?

27 May 2017 23:13

Özlərini dəyişən adamların şousu başlanır - FOTO

27 May 2017 23:12

Ərəb biznesmen Trampın evli qızına elçi düşdü

27 May 2017 23:12

Qaxda 9-cu sinif şagirdini maşın vurdu

27 May 2017 23:12

“Qarabağ”dan tarixi ilk

27 May 2017 23:12

İsti Ramazan ayında susuzluq ilə necə mübarizə aparmalı?

27 May 2017 23:12

“Yuventus”dan səfər qələbəsi - YENİLƏNİR

27 May 2017 23:12