Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Donuz qripi" Qarabağda

"Donuz qripi" Qarabağda

Date: 15 January 2016 14:14

Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində "donuz qripi" virusu sürətlə yayılır.

Modern.az saytı Ermənistan KİV-nə istinadən xəbər verir ki, Qarabağdakı separatçı rejimin "Səhiyyə Nazirliyi" 4 xəstəliyə yoluxma faktını təsdiqləyib. Xəstələrdən 2-si ağır durumda olduğu üçün həkim nəzarəti altında saxlanılır.

Hazırda Qarabağda soyuqdəymə diaqnozu ilə xəstəxanalara yerləşdirilən 70 nəfər "donuz qripi" şübhəsi ilə tibbi nəzarət altında saxlanılır.

Məlumata görə, "donuz qripi"nə görə işğal altındakı Xankəndi, Şuşa və Xocavənddə məktəblərin əksəriyyəti bağlanıb və tibb mərkəzləri gücləndirilmiş iş rejiminə keçib.


Tags:  donuz qripi virusu azerbaycanda donuz qripi xesteliye yoluxma fakti

RƏYLƏR


Top news