“Azərbaycanın geosiyasəti”

“Azərbaycanın geosiyasəti”
14:08 15 Yanvar 2016
23 Sosial
Ölkə mətbuatı
A- A+

Yunus Oğuz

“Azərbaycanın geosiyasəti”

Əli Həsənovun kitabından qənaətə gəldiyim düşüncələr

Əlbəttə, bu qeyd olunan vəzifələr haqqında söz açarkən gələcək layihələrdən yaxud gerçəkləşməkdə olan nəqliyyat-kommunikasiya xəttlərinin, dəhlizinin bəhsindən yan keçmək düzgün olmazdı. Yaxın vaxtlarda reallaşmağı nəzərdə tutulan TAP və TANAP layihələri ilə yanaşı Bakı-Tbilisi-Qars dəmiryolunun inşasıdır. Bu təkcə geoiqtisadi baxımdan sərfəlidir demək düzgün olmazdı, çünki bu yolun fəaliyyəti həm də regionda geosiyasi əhəmiyyət daşıyan və məkandakı siyasəti dəyişən bir amildir. Bu dəmir yolu Avrasiya məkanında Rusiyadan yan keçməklə Avropa və Asiyanı birləşdirən strateji dəmir yolu xəttidir. Tikintinin ləngiməsi, amma dayanmaması, götürülən və qəbul edilən kursun davam etdirilməsini, yəqin ki, başa düşənlər az deyildir. Transmilli xəttə çevriləcək bu dəmir yolu, həm də regionda təhlükəsizliyin əmsalını daha da artıracaq, Azərbaycanın nüfuzunu beynəlxalq aləmdə birə iki qaldıracaq.

Təsəvvür edirəm bu yolun çəkilməməsi üçün Azərbaycana (çünki əsas maliyyəçi və layihənin təşəbbüskarı Azərbaycandır)
nə qədər təzyiqlər və təhdidlər olub, layihə icraçılarından bəziləri ələ alınıb ki, ya işi ləngitsin, ya da bu yolun səmərəsiz, gəlir verməyən, effektsiz olduğunu yuxarı dairələrə başa salsınlar, inandırsınlar. Amma, bunların hamısı arxada qaldı. Bu beynəlxalq əhəmiyyətli layihə yaxın vaxtlarda işə düşəcək və biz də bunun şahidi olacayıq.
Avropa ilə Asiyanı birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu fikrimcə aşağıdakı effektliyi təmin edəcək:

1. Azərbaycanın milli və dövlət təhlükəsizliyini daha da gücləndirəcək, onun regional geosiyasi, geoiqtisadi, geostrateji əhəmiyyətini daha da artıracaq, birmənalı şəkildə regionun lider statusunu daha da möhkəmləndirəcək;
2. Turust axınını Azərbaycana cəlb etməklə yanaşı, beynəlxalq tranzit əhəmiyyətini yüksəldəcək, eyni zamanda mal daşımaçılığından tranzit ölkə kimi kifayət qədər maliyyə və digər dividentlər əldə edəcək;
3. Qarabağ probleminin həllində yeni üstünlüklər qazanacaq və s.
Azərbaycanın qoşulduğu digər bir layihə Şimal-Cənub layihəsidir. Öz transmilli nəqliyyat-kommunikasiya dəhlizinin təhlükəsizliyinin təmini məqsədilə iştirak etdiyi layihə Azərbaycan üçün strateji əhəmiyyət kəsb edir.

Qeyd edək ki, bu layihəyə ilk dəfə “hə” deyənlər (Rusiya, İran, Hindistan) 2000-ci ildə Sankt-Peterburqda toplaşıb və razılığa gəliblər. Razılaşmanın əsas məqsədi üzv ölkələrinin nəqliyyat-dəhliz imkanlarını birləşdirmək, Şimal-Cənub istiqamətində əlverişli yükdaşıma şəraitini yaratmaq və tranzit yükdaşımaların həcmini artırmaqdır.

2005-ci ildə Azərbaycan “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi haqqında” sazişə qoşulmuşdur. Azərbaycan ərazisindən keçən bu dəhlizin uzunluğu 511 km-dir və yolun əksər hissəsində ölkəmiz mövcud infrastruktura malikdir.

Müəllifin fikrincə, rəsmi Bakının uzaqgörən siyasəti nəticəsində, Azərbaycan bu sazişə qoşulmaqla mühüm geosiyasi və geoiqtisadi üstünlüklər qazandı:

Birincisi, bu layihə ayrıca götürüldükdə Azərbaycan üçün ciddi geoiqtisadi və geosiyasi üstünlüklər qazandırmış və onu Şimal-Cənub dəmir və avtomobil yolları dəhlizinin mərkəzinə çevirmişdir;

İkincisi, Azərbaycan layihəyə qoşulmaqla, Rusiya, İran və başqa qonşu ölkələrlə TRASEKA proqramı çərçivəsində yaranmış gərginliyi aradan qaldırmağa nail oldu;

Üçüncüsü, bu nəqliyyat dəhlizindən əldə edəcəyi geosiyasi dividentlərindən, tranzit və gömrük rüsumları gəlirlərindən başqa, Azərbaycan həm də daha çox perspektivdə Naxçıvanın blokadadan çıxarılması kimi mühüm geostrateji vəzifənin
reallaşdırması imkanı qazandı.

Bütövlükdə, hörmətli professor Azərbaycanın nəqliyyat-kommunikasiya dəhlizlərinin hansı istiqamətlər üzrə həyata keçirildiyindən bəhs edərkən göstərir ki, birinci və ən əsas və mühüm Gürcüstan, Türkiyə vasitəsilə hava, quru, dəmir yolu, dəniz nəqliyyatı, eyni zamanda kəmərlər vasitəsilə Aralıq dənizinə və Avropaya;

İkincisi, Rusiya vasitəsilə dolayı yolla Qərbə və Uzaq Şərqə;

Üçüncüsü, İran və Fars körfəzi vasitəsilə Yaxın Şərq və Cənubi Asiyaya;

Dördüncüsü, Türkmənistan, Qazaxıstan, Özbəkistan vasitəsilə Çinə, Yaponiyaya, Cənubi-Şərqi Asiyaya olan istiqamətlərdir.

Bütün bunlardan sonra o, üçüncü bölməyə yekun vuraraq yazır:

“Azərbaycanın daxili və beynəlxalq nəqliyyat əlaqələndirilməsi siyasətinin müasir vəzifələri sırasına həm də:
• nəqliyyat sektorunda səmərəliliyin və rəqabət qabiliyyətinin artırılması istiqamətində islahatların aparılması;
• nəqliyyat sektorunda dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi;
• nəqliyyat xidmətləri bazarında sağlam rəqabət mühitinin yaradılması, tarif sisteminin təkmilləşdirilməsi;
• ölkənin sərhəd-keçid məntəqələri yaxınlığında yerləşən nəqliyyat infrastrukturlarının müasir tələblərə uyğun yeniləşdirilməsinə dair layihələrin həyata keçirilməsi;
• nəqliyyat infrastrukturlarının və nəqliyyat vasitələri parkının müasir tələblərə uyğun yeniləşdirilməsi;
• Bakı və ölkənin digər şəhərlərində nəqliyyat infrastrukturlarının müasir tələblərə uyğun qurulması;
• Bakı şəhərində nəqliyyatın hərəkətinin tənzimlənməsi üçün yolların buraxıcılıq qabiliyyətinin ayrılmasını təmin edən proqramların işlənib hazırlanması;
• ölkə əhalisinin nəqliyyat xidmətlərinə olan tələbatın tam təmin edilməsi;
• ölkənin tranzit potensialından daha səmərəli istifadə edilməsi məqsədi ilə kompleks tədbirlərin davam etdirilməsi nəzərdə tutulur”. (Bax. s. 732)
***
Dördüncü bölmə haqqında

Gəldik, kitabın əsas qayəsi, ən əsası olan hissəyə- dördüncü bölməyə. Bölmə belə adlanır: “Azərbaycanın xarici aləmlə hərbi-strateji münasibətləri: beynəlxalq, regional və milli təhlükəsizlik siyasətinin əsasları”.

Hər bir dövlətin tarixinə nəzər salsaq görərik ki, milli təhlükəsizlik siyasətinin kökündə, dövlətin qorunması, yaşanması, bir sözlə varlığı üçün əsas olan sahələrdən ən ümdəsi onun hərbi-strateji siyasətidir. Bu da dünyada çox normaldır, çünki hərbi-strateji siyasət ölkənin geosiyasi münasibətləri ilə yanaşı, həm də regional və planetar səviyyədə münasibətlərin qurulması, cilalanması, inkişaf etdirməsi deməkdir. Bir sözlə düzgün hərbi-strateji siyasət qurulmazsa ölkənin milli təhlükəsizliyi şübhə altına alına bilər, yaxud vətəndaşı olduğun dövlət Ermənistan kimi “oyuncaq” dövlətə çevrilər. Bu da eyni zamanda regionda baş verən geosiyasi, geoiqtisadi proseslərə, bütövlükdə təsir göstərə bilər. Odur ki, hərbi-strateji siyasəti müəyyənləşdirmək dövlətin gələcəyini, yəni hansı bloklara qoşulmaq, çoxtərəfli və ikitərəfli, regional və planetar və s. münasibətləri müəyyənləşdirmək deməkdir. Əlbəttə, hərbi-stareji siyasət dedikdə, ilk növbədə dövlətin ərazi bütövlüyünün, onun vətəndaşlarının təhlükəsizliyinin və s. məsələlər göz önünə gəlir və bu da aparılan xarici siyasətin əsasların fundamental hissəsini təşkil edir.

Məlumdur ki, tarixin müxtəlif dövrlərində müxtəlif dövlətlər geosiyasi, geoiqtisadi maraqdan irəli gələn hərbi-siyasi ittifaq yaratmış, sonradan isə hərbi-siyasi proseslər baş verdikdən sonra bu ittifaq dağılmış və yenisi yaramışdır, yəni geosiyasi və geoiqtisadi maraqlar müxtəlif tipli dövlətləri gah ittifaq halına gətirmiş, gah da düşmən, yaxud rəqib etmişdir. Məsələn, birinci dünya müharibəsində İtaliya Antanta tərəfindən vuruşurdusa, ikinci dünya müharibəsində ona üzv olan ölkələrə qarşı Almaniya ilə bir cəbhədə döyüşürdü, yaxud Türkiyə birinci dünya savaşında almanlarla ittifaqda idisə, ikinci dünya savaşında birtərəfliyini elan edərək heç bir bloka qoşulmadı.
Ardı var

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Rusiya şirkəti Azərbaycanda informasiya təhlükəsizliyi sahəsində cəmiyyət yaratmaq niyyətindədir

25 May 2017 16:42

90-cı illərdən maraqlı görüntülər - "Aynuru çox sevirəm" - VİDEO

25 May 2017 16:42

Rusiya XİN: Azərbaycanla əlaqələrimizi digər amillərlə bağlamırıq

25 May 2017 16:37

Yeni “Huawei” planşetləri təqdim ediləcək

25 May 2017 16:35

Daha bir KİV rəhbərinə XƏBƏRDARLIQ edildi

25 May 2017 16:33

Yaralıya kömək adıyla

25 May 2017 16:33

AİF 15 mln. manatlıq istiqraz satıb

25 May 2017 16:32

Baş Prokurorluq “Hürriyyət” qəzetinin baş redaktoruna xəbərdarlıq edib

25 May 2017 16:32

Şimali İrlandiya yığmasının hücumçusu Azərbaycan millisi ilə oyun barədə danışıb

25 May 2017 16:32

Ukrayna Mərkəzi Bankı uçot dərəcəsini bir qədər də azaldıb

25 May 2017 16:32

"Azər Türk Bank"ın nümayəndələri Gəncədə təhsil alan tələbələrə və məzunlara təlim keçiblər (FOTO)

25 May 2017 16:29

“Made in Azerbaijan 2017” biznes ideya müsabiqəsinin qalibləri müəyyən edilib

25 May 2017 16:29

Müdafiə Nazirliyindən Ermənistanın iddialarına CAVAB

25 May 2017 16:28

Azərbaycanın əməkdar jurnalisti "Ermənistan Azərbaycan Sülh Platforması"na qoşulub

25 May 2017 16:27

Azərbaycan efirində aparıcı ilə iştirakçı dalaşdı: "Utanmırsan?" - VİDEO - FOTO

25 May 2017 16:27

Bakıda yenicə açılmış parkda atraksionlar xoşagəlməz vəziyyətdədir

25 May 2017 16:27

205 illik cəhənnəm: 10 il işgəncə verib edam edirdilər... - FOTOLAR - FOTOLAR

25 May 2017 16:23

Əli Abbasova niyə vəzifə verildi?

25 May 2017 16:22

İranda raket silahlarının istehsalı üçün üçüncü yeraltı zavod tikilib

25 May 2017 16:22

Reys təxirə salındı - Səbəb "Wi-Fi"

25 May 2017 16:22

16 mindən çox insan qalxanvari vəz xəstəsi olub

25 May 2017 16:21

“ADA” Universitetində "Məktəbdən universitetə gedən yol" adlı layihə çərçivəsində tədbir keçirilib

25 May 2017 16:17

Sərnişin avtobusun hərəkətini ləngitdi, sürücünü söydü, amma... - VİDEO

25 May 2017 16:17

“Sumqayıt”da daha bir müqavilə

25 May 2017 16:17

“Zirə” 3 legionerlə bağlı qərar verdi - 6 müqavilə

25 May 2017 16:17

Dəmir yolunun işarəvermə və rabitə sistemi modernləşdirilir (FOTO)

25 May 2017 16:15

Ata öz qızıyla evləndi - RƏZALƏT

25 May 2017 16:13

Azərbaycanın 1500 illik canlısı - VİDEO - FOTO

25 May 2017 16:12

Somalidə terror baş verdi

25 May 2017 16:10

"Zorlamaq məqsədim yox idi" - Müğənnini təhdid edən şəxsə HÖKM OXUNDU

25 May 2017 16:05

Qattuzo yenidən "Milan"da

25 May 2017 16:05

Azərbaycanda yararsız dərman vasitələri yandırılaraq məhv edilib

25 May 2017 16:02

"Unibank" ilin ən innovativ bankı seçilib

25 May 2017 16:01

Ata öz qızıyla evləndi

25 May 2017 15:59

Azadlığa çıxmağa hazırlaşan Deniz Sekini ÜZƏCƏK XƏBƏR

25 May 2017 15:57

64 il sonra açılan SENSASİYALI SİRR: 88 yaşında törətdiyi dəhşəti ETİRAF ETDİ - FOTO

25 May 2017 15:53

Bakı-Böyük-Kəsik istiqamətində qatarların idarəetmə sisteminin təkmilləşdirilməsinə başlanılıb

25 May 2017 15:52

Daha bir yaşayış məntəqəsinə təbii qaz verilib

25 May 2017 15:50

Lak çəkdikdən 10 saat sonra nə baş verir?

25 May 2017 15:48

Pakistanda terror

25 May 2017 15:48

Bitkoinin qiyməti 2700 dollara çatıb

25 May 2017 15:47

Azərbaycanlı müğənni: "Qayınanam dedi, uşağı olmur, niyə saxlayırsan?"

25 May 2017 15:47

"Unibank" xüsusi kredit kampaniyası keçirir

25 May 2017 15:47

Unibankdan Respublika gününə xüsusi kredit kampaniyası

25 May 2017 15:47

Gəncədə bədbəxt hadisə: Ölən var

25 May 2017 15:47

Qəsdən sağlamlığa zərər vurmağa görə cəza sərtləşdirilir

25 May 2017 15:43

Moskvada qanlı hücumlar planlaşdıran İŞİD üzvləri tutuldu

25 May 2017 15:43

Mançesterdəki terror aktı ilə bağlı 8 nəfər saxlanılıb

25 May 2017 15:43

Bakıda Hindistan rəqs dramı "Böyük Hindistan toyu"nun nümayişi olacaq

25 May 2017 15:42

Merilin Monroya yazılan məktub tapıldı

25 May 2017 15:39