Həmyerlimiz "şübhəli" sobasının "od"una düşdü

Həmyerlimiz "şübhəli" sobasının "od"una düşdü
14:12 15 Yanvar 2016
29 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın Narkotiklərə Nəzarət Federal Xidmətinin Sverdlovsk vilayəti idarəsinin əməliyyatçıları Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat nəticəsində 48 yaşlı Azərbaycan vətəndaşını həbs edib.

Report Rusiya KİV-inə istinadən xəbər verir ki, "Yekaterinburq-Passajirskiy" dəmir yol stansiyasında şübhəli şəxsin çantasının və yük kimi apardığı mikrodalğalı sobanın axtarışı zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları İran mənşəli olduğu ehtimal edilən 2 kq-a yaxın həşiş aşkarlayıb. İki briket sobanın aşağı hissəsində gizlədilibmiş.

Saxlanılan şəxs barəsində "iri miqyasda narkotik satışı" maddəsi ilə cinayət işi açılıb. O, 10 ildən 20 ilə qədər həbs cəzası ala və ya milyon rubla qədər cərimələnə bilər. Şübhəli şəxs həbs edilərək Yekaterinburqdakı müvəqqəti saxlanma təcridxanasına gətirilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/398196.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR