“Şahdəniz Mərhələ 2” və CQBKG layihələri üzrə 15 mindən çox insan tikinti işlərinə cəlb olunub

“Şahdəniz Mərhələ 2” və CQBKG layihələri üzrə 15 mindən çox insan tikinti işlərinə cəlb olunub
14:18 15 Yanvar 2016
25 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 yanvar, AZƏRTAC
“Şahdəniz Mərhələ 2” və “Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi” (CQBKG) layihələri üzrə 15 mindən çox insan bütün əsas müqavilələr üzrə tikinti işlərinə cəlb olunub və onların 85 faizdən çoxu Azərbaycan vətəndaşlarıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Natiq Əliyevin “Respublika” qəzetində dərc olunan məqaləsində deyilir. Bildirilir ki, “Cənub Qafqaz Boru Kəmərinin Genişləndirilməsi” layihəsi üzrə nəzərdə tutulan tədbirlər uğurla reallaşdırılmaqdadır. 2015-ci ildə layihə üzrə işlər Azərbaycan və Gürcüstan ərazilərində boru kəməri marşrutu boyunca davam etdirilib. Xüsusilə boru seqmentlərinin saxlama sahələrinə gətirilməsi mütəmadi xarakter daşıyıb, Azərbaycan hissəsi üçün lazım olan boruların artıq yarıdan çoxunun sahələrə çatdırılması təmin olunub.
Ötən il iyunun sonunda Azərbaycanda kəmər xəttinin inşasının başlanmasından bəri tikinti işlərinin tempi artan xətt üzrə davam edib. Təqribən 61 kilometr uzunluğunda borular artıq qaynaq edilib, 2 kilometr isə qrafiki qabaqlayaraq tikinti sahəsi boyunca düzülüb.
Azərbaycanda boru kəməri marşrutu boyunca torpaq sahələrinin əldə olunması 99,7 faizi başa çatıb, ötən ilin iyununda Gürcüstanda da kəmər xəttinin inşasına başlanıb. Gürcüstanda 1-ci və 2-ci kompressor stansiyasının və təzyiqə nəzarət və tənzimləmə qurğusunun tikintisi davam edir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sahdeniz_Merhele_2_ve_CQBKG_layiheleri_uzre_15_minden_chox_insan_tikinti_islerine_celb_olunub-918735

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR