Terrorçuluqda şübhəli bilinən 3 nəfər saxlanıldı

Terrorçuluqda şübhəli bilinən 3 nəfər saxlanıldı
14:22 15 Yanvar 2016
25 Digər
Ölkə mətbuatı
A- A+

İndoneziya polisi yanvarın 14-də ölkə paytaxtı Cakartanın mərkəzində törədilmiş partlayışlarla əlaqədar daha üç nəfəri həbs edib.

Report BBC-yə istinadən xəbər verir ki, partlayışlarda əli olması şübhəsiylə saxlanılanların hamısı bu gün səhər Cakarta şəhərətrafında həbs edilib.

Həbs edilənlərdən birinin evində İŞİD terror qruplaşmasının bayrağı aşkarlanıb. Xatırladaq ki, daha əvvəl ekstremist qruplaşma partlayışlara görə məsuliyyəti öz üzərinə götürmüşdü.

İndoneziya Milli Polisinin rəhbəri Badrodin Haitinin sözlərinə görə, istintaq nəticəsində dünən həyata keçirilən terror aktlarının Suriyadan maliyyələşdirildiyi üzə çıxarılıb.

Xatırladaq ki, dünən paytaxtın çoxlu sayda mağaza və ofislər yerləşən Tarmin küçəsində baş partlayışlarda ən azı 7 nəfər dünyasını dəyişib. Ölənlərin 5-nin terrorçu-kamikadze olduğu bildirilir.

Eyni zamanda terror hücumu zamanı silahlı basqın da həyata keçirilib ki, terror aktında iştirak etmiş 7 yaraqlıdan üçü öldürülüb, dördü isə həbs edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/398193.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR