Çin valyuta müharibələrinin əleyhinədir

Çin valyuta müharibələrinin əleyhinədir
14:23 15 Yanvar 2016
24 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 yanvar, AZƏRTAC
Çin valyuta müharibələrinin və beynəlxalq ticarətdə məqsədli devalvasiyanın əleyhinədir. Bunu cümə günü Çin Xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Xun Ley bildirib.
“AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, XİN rəsmisi bu sözləri jurnalistlərin xahişi ilə amerikalı milyarder, respublikaçılar partiyasından ABŞ prezident postuna namizədliyə iddialı Donald Trampın müvafiq fikirlərini şərh edərkən deyib .
Respublikaçı D.Tramp hesab edirik, Ağ ev administrasiyası Çini yuanın kursunun aşağı salınmasını dayandırmağa məcbur etmək üçün bu ölkədən gətirilən mallara xüsusi vergi tətbiq etməlidir. “Onlar bizdən bütün şirəni çəkiblər”, - deyən milyarder əlavə edib ki, əgər rəsmi Pekin öz milli valyutasının məzənnəsinin aşağı salınması praktikasını davam etdirsə, prezident seçildiyi təqdirdə Çin mallarına böyük rüsumlar qoyacaq.
D.Tramp bundan əvvəl də dəfələrlə vurğulayıb ki, Çin ikitərəfli ticarətdə disbalans hesabına ABŞ-a ziyan vurur. 2015-ci ilin noyabrında o, Amerikanın itkilərini 400 milyard dollar həcmində qiymətləndirmişdi.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/CHin_valyuta_muharibelerinin_eleyhinedir-918738

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR