Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Nazənindən Təranə Qumrala cavab: "500 manat yox, üzr istəyəcəksən" - QALMAQAL

Nazənindən Təranə Qumrala cavab: "500 manat yox, üzr istəyəcəksən" - QALMAQAL

Date: 15 January 2016 14:28

Müğənni Nazənin Salayeva həmkarı Təranə Qumralla aralarında olan məhkəmə qərarına münasibət bildirib.

Lent.az-a açıqlama verən ifaçı bildirib ki, Apelyasiya Məhkəməsinin qərarına əsasən, T.Qumralın ona ödəyəcəyi 500 manat o qədər də əhəmiyyətli deyil: “Mənim şərəf və ləyaqətim hər şeydən üstündür. Mən Təranəyə uduzmamışam. Sadəcə məhkəmə qərarına əsasən, Təranə Qumral mənə 10000 ( on min ) manat yox, cəmi 500 manat ödəməlidir. Amma puldan qabaq mənim ləyaqətimdir. O, məni təhqir edib və cərimədən savayı, üzr istəməlidir. Biz hüquqi bir dövlətdə yaşayırıq və ölkəmizin qanunları var. Haqqımda yazılan “iddiası ləğv olundu, məhkəməni uduzdu” xəbərləri yalandır. Hər zamankı kimi qarşı tərəf yalan məlumatları yaymaqla məşğuldur. Bakı Apelyasiya Məhkəməsinin sözügedən qətnaməsi mənə təqdim olunan kimi mediaya təqdim edəcəm. Heç kim məni təhqir edə bilməz. Məhkəmənin qərarında deyildiyi kimi, Təranə Qumral məndən üzr istəyəcək. Onun mənə vurduğu mənəvi ziyana görə ödəyəcəyi pula isə ehtiyac yoxdur".

 

Qeyd edək ki, Təranə Qumralın vəkili Vüqar Səfərli bugünkü açıqlamasında bildirmişdi ki, məhkəmə qərarına əsasən, Təranə Qumral həmkarı Nazənin Salayevanın şərəf və ləyaqətinin alçaltmasına görə 10000 ( on min ) manat yox, cəmi 500 manat ödəyəcək: "Qısa olaraq bildirirəm ki, icraatımda olan və bir ildən artıq davam edən məlum məhkəmə işinin apelyasiya mərhələsinə nöqtə qoyuldu. Bakı Apelyasiya Məhkəməsi hüquqlarını müdafiə etdiyim İbrahimova Təranə Xeyrulla qızı və Musayev Musa İnqilab oğlu tərəfindən Xətai rayon məhkəməsinin 06.07.2015- ci tarixli qətnaməsindən verilən apelyasiya şikayətini qismən təmin etdi. Bakı Apelyasiya Məhkəməsi 14.01.2016- cı il tarixli qətnaməsi ilə , 1-ci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin təhqirə görə mənəvi ziyanın əvəzi kimi Salayeva Nazəninin xeyrinə İbrahimova Təranə Xeyrulla qızından 10000 ( on min ) manat tutulması hissəsini ləğv edərək, mənəvi ziyanın əvəzi kimi Təranə Qumraldan Salayeva Nazəninin xeyrinə cəmi 500 ( beş yüz) manat tutulmasını müəyyən etdi. Düşünürəm ki, Bakı Apelyasiya Məhkəməsinin qəbul etdiyi qətnaməni hüquqlarına müdafiə etdiyim İbrahimova Təranə Xeyrulla qızının və onun həyat yoldaşı Musayev Musayev Musa İnqilab oğlunun adına uğurlu hesab etmək olar. Qeyd etmək istəyirəm ki, iş üzrə qarşı tərəfin verdiyi apelyasiya şikayəti isə məhkəmə tərəfindən tamamilə əsassız hesab edilərək, rədd edildi".


Tags:  terane qumral nazenin terane qumral ve nazenin nazenin salayeva terane qumral baki apellyasiya mehkemesi

RƏYLƏR


Top news