Bakıda məktəbdə pedofil axtarışna başlandı

Bakıda məktəbdə pedofil axtarışna başlandı
14:26 15 Yanvar 2016
103 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən gün paytaxtda məktəblərin birində pedofilin olması ilə araşdırmalara başlanıb.

ANS PRESS-in məlumatına görə, pedofilin Bakı şəhəri, Səbail rayonu 7 saylı orta məktəbdə olduğu iddia olunur.

Məktəbdə təhsil alan şagirdlərdən birinin valideyni mühafizəçini pedofiliyada günahlandırıb. Məktəbin direktoru Könül Həsənova deyilənlərə inanmadığnı bildirdi:

"Bizim məktəbdə heç vaxt belə bir hal müşayiət olunmayıb. Belə bir iddia şagirdlərdən birinin valideyninə şikayətindən sonra ortaya çıxıb. Amma sübut yoxdur. Bəlkə bu sadəcə şagirdin fantaziyasıdır. Valideyndə də günah var, çünki dərs qurtardıqdan sonra şagird evə getməlidirsə, axşamadək məktəbdə nə edir? Məsələ hazırda polis bölməsində araşdırılır. "- deyə direktor əlavə etdi.


Könül Həsənova - Səbail rayonu 7 saylı orta məktəbin direktoru


Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə məlumatdan xəbərdar olduğunu bildirdi. Onun sözlərinə görə, hazırda məsələ ilə bağlı araşdırma aparılır. Yaxın vaxtlarda bu barədə məlumat veriləcək.


Orxan Mansurzadə - Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi


Ötən gün Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsində yerləşən 7 saylı orta məktəbdə işləyən mühafizəçini şagirdlərdən birinin valideyni pedofiliyada günahlandıraraq, Səbail rayon polis bölməsinə şikayət edib.

Onun sözlərinə əsasən, mühafizəçi onun qızına sataşıb: "Mənim 6-cı sinifdə oxuyan qızım digər aşağı sinifdə oxuyan qızımı götürməyə məktəbə gedib. Bu zaman foyedə gözləyən qızıma mühafizəçi yaxınlaşaraq, ona seksual hərəkətlər etməyə başlayıb. Xoşbəxtlikdən qızım onun əlindən qurtula bilib", - deyə valideyn vurğulayıb.

M.Muxtarov soyadlı pedofiliyada günahlandırılan mühafizəçi Bakıda fəaliyyət göstərən mühafizə şirkətlərindən birində işləyir və şirkətin məktəblə müqaviləsi əsasında məktəbi və onun müəllim və şagird heyətini mühafizə edirmiş. Onu polis bölməsinə apararaq, dindiriblər. Lakin ona qarşı hər hansı bir sübut olmayınca həbs olunmayacaq.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369791

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR