Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Füzuli hadisələri ilə bağlı iki polis əməkdaşı saxlanıldı

Füzuli hadisələri ilə bağlı iki polis əməkdaşı saxlanıldı

Date: 15 January 2016 14:27

Füzulidə baş verən hadisələrlə bağlı iki polis əməkdaşı tutulub.

Milli.Az bildirir ki, hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, tutulan polis işçiləri - Füzuli Rayon Polis Şöbəsinin əməkdaşı Samir Məhərrəm oğlu Səfərov və Binəqədi Rayon Polis İdarəsinin əməkdaşı İlkin Vidadi oğlu İsmayılovdur.
 
Onlar ötən gün həbs edilən Füzuli Rayon İcra Hakimiyyəti başçısının şəhər üzrə nümayəndəsi Şakir Hacıyevin kürəkənləridir.
 
Adıçəkilən şəxslərin hamısı yanvarın 13-də Füzuli rayonunda baş verən hadisələrlə bağlı tutulub.
 
Qeyd edək ki, son günlər Füzuli, Siyəzən və digər rayonlarda keçirilən icazəsiz aksilayarla bağlı Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 186.2.2, 233 və 315.2-ci maddələri ilə cinayət işi başlanılıb, 60-a yaxın şəxs saxlanılıb.

Milli.Az


Tags:  Füzuli hadisələri bağlı iki polis əməkdaşı saxlanıldı


RƏYLƏR


Top news