Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Samirə sirrini açıqladı: "Qırmızı dodaq boyası..."

Samirə sirrini açıqladı: "Qırmızı dodaq boyası..."

Date: 15 January 2016 14:30

Müğənni Samirə Allahverdiyeva fərqli görünüşünün sirlərini açıqlayıb.

Milli.Az big.az-a istinadən xəbər verir ki, müğənni bildirib ki, gündəlik həyatında makiyajdan çox az istifadə edir və buna görə də efirə çıxan digər müğənnilərdən seçilir:

"İmanlı olub səhnədə oxumaq çox çətindir. Dinin qanunlarını bilərək, səhnəyə çıxıb oxumaq çox çətindir. Təkcə səhnədə yox, hərdən şəhərdə də baxıram, xanımlar çox qəşəng geyinirlər. Bəlkə də çox açıq rənglərdən istifadə edirlər. Amma tünd-qırmızı dodaq boyasına üstünlük verirlər. Özümə deyirəm ki, mən də gedib tünd-qırmızı dodaq boyası alacağam. Amma güzgünün qabağında baxıram ki, mənə yaraşmır. O qədər olub ki, dodaq boyaları almışam, amma heç vaxt istifadə etməmişəm. Makiyajdan heç istifadə etmirəm. İdmanla məşğul oluram, maskalardan istifadə edirəm". 

Qeyd edək ki, müğənni Samirə Allahverdiyeva bunu ATV-də yayımlanan "Qadına görə" verilişində deyib.


Tags:  mugenni samire samire allahverdiyeva samir allahverdiyeva gorunusu atv qadina gore

RƏYLƏR


Top news