​Braziliyada kimyəvi maddələr anbarında partlayış olub, 60 nəfər xəsarət alıb

​Braziliyada kimyəvi maddələr anbarında partlayış olub, 60 nəfər xəsarət alıb
14:32 15 Yanvar 2016
26 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı.15 yanvar. REPORT.AZ/ Braziliyanın Santus liman şəhərində kimyəvi maddələr olan anbarda baş verən partlayış nəticəsində 60-dan çox sakin xəsarət alıb.
"Report" xəbər verir ki, bu haqda BBC məlumat yayıb.
Məlumata görə, yanğın 16 konteyneri əhatə edib.
Anbarın ətrafındakı yaşayış evlərinin sakinləri təxliyyə edilib. Şəhər sakinlərinə evlərini tərk etməmək məsləhət görülüb. Çünki yağış zamanı kimyəvi elementlər onların dərilərini yandıra bilər. Göz ağrıları və tənəffüs sistemindəki ağırlaşması diaqnozu ilə 60-dan çox sakin xəstəxanaya yerləşdirilib.
Partlayışın baş verməsinə səbəb kimi kimyəvi turşunun dezinfeksiyaedici maddə ilə anbarda bir-birinə qarışması göstərilib.
Qeyd edək ki, Santus Brazilyanın başlıca limanlarından biridir. 

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/braziliyada-kimyevi-maddeler-anbarinda-partlayis-olub-60-nefer-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR