​Çin fond birjası azalmağa başlayıb

14:37 15 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

"Report" xəbər verir ki, birja analitikləri və investorlar Şanxay fond birjası indeksinin azalmağa başladığını bildiriblər.
Şanxay indeksi 2015- cü il iyun ayında tarixi maksimal həddinə çatıb və o zaman indeks 5178,19 bənd təşkil edib. Hazırda sözügedən indeks maksimal səviyyədən 44% aşağıdadır.
Qeyd edək ki, 2014-cü il iyul ayında 2033 bənd səviyyəsindən sürətlə artmağa başlayan indeks 1 il ərzində 154,7% və ya 2,55 dəfə artaraq 5178 bəndə yüksəlib. Hazırda Şanxay indeksi 2014-cü il iyul ayındaki səviyyədən 42% yuxarıda yer alıb. Şanxay indeksinin bu həftə ərzində 9% dəyər itirdiyi bildirilir.
"Report" analitik qrupu bildirir ki, Şanxay fond birjası indeksinin 2000 bənd səviyyəsinə qədər geriləməsi ehtimal edilir. Çin iqtisadiyyatının yavaşlaması və yuanın devalvasiyası səhmlərin qiymətinin azalmasına səbəb olacaq. Çin indekslərində azalma Asiya regionunda və ümumiyyətlə dünyanın bir çox ölkəsində fond birjalarının azalması ilə nəticələnəcək.  

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/cin-fond-birjasi-azalmaga-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR