Azərbaycan şahmatçıları “Tata Steel Chess” festivalında iştirak edirlər

Azərbaycan şahmatçıları “Tata Steel Chess” festivalında iştirak edirlər
14:43 15 Yanvar 2016
18 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 yanvar, AZƏRTAC
Yanvarın 16-da Hollandiyanın Veyk-an-Zee şəhərində 78-ci “Tata Steel Chess” ənənəvi şahmat festivalı start götürəcək.
AZƏRTAC xəbər verir ki, bu gün festivalın açılış mərasimi keçirilib. Festival çərçivəsində iki turnirin - “Tata Steel Masters” və “Tata Steel Challengers” keçirilməsi nəzərdə tutulur. İlk yarış on dörd dünya şöhrətli şahmatçının iştirakı ilə dairəvi sistem üzrə təşkil olunacaq. Hollandiya, Çexiya, Rusiya, Ukrayna, Çin, ABŞ, Böyük Britaniya, Norveç təmsilçiləri ilə yanaşı Azərbaycan şahmatçısı Şəhriyar Məmmədov da birincilik uğrunda mübarizə aparacaq.
Azərbaycan təmsilçiləri Eltac Səfərli və Nicat Abbasov isə eyni formatda keçiriləcək ikinci turnirdə çıxış edəcəklər. Festivaldakı oyun günləri yanvarın 16-19, 21-24, 26-27, 29-31-ə təsadüf edəcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_sahmatchilari_Tata_Steel_Chess_festivalinda_istirak_edirler-918749

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR