"Efirlər sifarişlə mənə qadağa qoyub"

"Efirlər sifarişlə mənə qadağa qoyub"
15:01 15 Yanvar 2016
192 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Ayan Babakişiyeva saytımızda müğənnilərin telekanallardakı qadağaları ilə bağlı xəbərə münasibət bildirib.

Axşam.az-ın məlumatına görə, sənətçi bu qadağanın sifarişlə olduğunu deyib:

“Qadağa sifarişlə iki il bundan əvvəl qoyulub. Həmin vaxtlarda İnstaqram səhifəmdə paylaşım edirdim ki, bir neçə saat sonra filan verlişdə olacam. Efirə bir saat qalmış mənə zəng edirdilər ki, "Verlişə gəlmə, dedilər olmaz". Həmin vəziyyət bu gün də davam edir".

A.babakişiyeva ətrafda övladı ilə bağlı gəzən “Uşağını böyütmək üçün hardansa dəstək alır” kimi söz-söhbətlərə də son qoyub:

“Uşağımın atası da, anası da mənəm. Heç kimin dəstəyinə, maddi yardımına ehtiyacım yoxdur. Övladımı özüm böyüdürəm. Bunla bağlı lazımsız söz-söhbətlər eşitmək istəmirəm".

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=44322

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR