AZAL bu gündən yeni qiymət sisteminə keçir

AZAL bu gündən yeni qiymət sisteminə keçir
15:01 15 Yanvar 2016
41 Digər
Ölkə mətbuatı
A- A+

AZAL-ın bu gündən bəzi reyslərin qiymətini dəyişir. "Azərbaycan Hava Yolları"nın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Azərbaycanın hava limanlarından olan uçuşlarda büdcə tarifi üzrə hər iki tərəfə aviabilet qiymətlərini elan edir.

Əvvəlcədən elan olunduğu kimi, yeni konsepsiya çərçivəsində 2016-cı il fevralın 1-dən etibarən "Azərbaycan Hava Yolları"-nın daha çox tələbatın olduğu reyslərində ekonom sinfinin üç tarif kateqoriyası - “Budget”, “Discount” və “Comfort” mövcud olacaq. Artıq 15 yanvar tarixindən etibarən bu tariflər üzrə aviabilet əldə etmək mümkün olacaq.

"Budget"* tarifi üzrə istiqamətlərin qiymətləri (avro ilə)

Bu tarif üzrə təyyarədə yerlərin sayı məhduddur

“Budget”, “Discount” və “Comfort” tarif qaydaları təyyarə göyərtəsində yemək nəzərdə tutmur və yalnız əl yükü (çəkisi 8 kq-dək) daşınmasına icazə verir. Sərnişin kassada bilet aldığı zamanı əvvəlcədən qaynar yemək sifariş verə bilər, veb-sayt üzərindən sifariş verdiyi halda isə bu barədə call-center vasitəsilə (+99412 598-88-80 və ya *8880) məlumat verə bilər. Həmçinin sərnişinlər təyyarə göyərtəsində soyuq qəlyanaltı və içki seçmək imkanı əldə edəcəklər.

Hər bir baqaja (23 kq-a qədər) görə ödəniş uçuşdan ən azı 12 saat əvvəl 20 avro təşkil edəcək. Baqaja görə göstərilən vaxtdan gec ödəniş həmin qiymətdən 5 avro baha olacaq.

Bu istiqamətlər üzrə ən ucuz aviabiletləri onların dəyişdirilməsi və geri qaytarılmasını nəzərdə tutmayan “Budget” tarifinin əvvəlcədən bron edilməsi zamanı almaq mümkün olacaq. “Discount” tarifinin qaydaları 40 avro məbləğində cərimə olunmaqla uçuşa qədər aviabileti geri qaytarmaq və ya vaxtını dəyişdirmək imkanı verir. “Comfort” tarifi üzrə aviabileti uçuşa qədər əlavə maliyyə sanksiyaları olmadan, uçuşdan sonra isə cərimə olunmaqla dəyişmək və ya geri qaytarmaq mümkün olacaq.

Qeyd edək ki, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (İATA) reqlamentinə əsasən, qlobal bron sistemləri vasitəsilə bron edilən Azərbaycanın bütün beynəlxalq sərnişin aviadaşımalarının qiymətləri vahid Avropa valyutası olan avro ilə formalaşır. Bu qarşılıqlı hesablaşma qaydası İATA-nın Avropa zonasının digər ölkələrində də tətbiq olunur.

Ölkə qanunvericiliyinə əsasən bütün hesablaşmalar ödəniş günü Mərkəzi Bankın rəsmi məzənnəsi üzrə manatla həyata keçirilir.

Onu da qeyd edək ki, ölkə daxilində hava nəqliyyatı ilə sərnişindaşıma qiymətləri dəyişməz qalıb. Bakı-Naxçıvan reysinin qiyməti 50 manat, Bakı-Gəncə reysinin qiyməti - 30 manatdan başlayaraq.






Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=369808

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR