Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Zidan "Real"ı işə saldı

Zidan "Real"ı işə saldı

Date: 15 January 2016 15:05

"Real"a verilən transfer qadağasının səbəbi məlum olub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "kral klubu" 18 yaşı tamam olmamış 8 oyunçunun keçidində qanun pozuntusuna yol verdiyi üçün iki dönəm transfer etməmə cəzası alıb.

Maraqlıdır ki, həmin oyunçular arasında Madrid təmsilçisinin yeni baş məşqçisi Zinəddin Zidanın oğlanları da var. Bunu klubun baş direktoru Xose Anxel Sançes də təsdiqləyib: "Bəli, həmin 8 oyunçudan 2-si Zidanın oğlanlarıdır. Həmçinin "Zenit"də çıxış edən Ezekyel Qarayın kiçik qardaşının da adı bu siyahıda var. Biz qanunsuz bir iş görməmişik. İnanırıq ki, məsələyə İdman Arbitraj Məhkəməsinə getməmiş FİFA tərəfindən bizi sevindirəcək şəkildə son qoyulacaq". 

Qeyd edək ki, FİFA-nın dünən açıqladığı cəzaya əsasən, "Real" bu ilin yay və gələn ilin qış "transfer pəncərəsi" dönəmində heyətinə yeni oyunçu cəlb edə bilməyəcək.

Milli.Az


Tags:  Zidan Realı işə saldı

RƏYLƏR


Top news