Bilik Fondu ilə Təhsil Problemləri İnstitutu saziş imzaladılar (FOTO)

Bilik Fondu ilə Təhsil Problemləri İnstitutu saziş imzaladılar (FOTO)
15:08 15 Yanvar 2016
21 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı.Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda Təhsil Problemləri İnstitutunun əməkdaşları ilə görüş keçirilib.

Fondun İnformasiya təminatı sektorundan Trend-ə verilən məlumata görə, görüşdə Bilik Fondunun icraçı direktoru, pedaqoji elmlər üzrə fəlsəfə doktoru Oktay Səmədov, Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun direktoru, hüquq elmləri üzrə fəlsəfə doktoru Qulu Novruzov, hər iki qurumun əməkdaşları iştirak ediblər.

Bilik Fondunun maarifləndirmə istiqamətində həyata keçirdiyi layihələrdən danışan O.Səmədov Azərbaycan təhsil sistemi strukturunun təkmilləşdirilməsi və təhsildə idarəetmənin effektivliyinin yüksəldilməsi istiqamətində aparılan islahatlardan bəhs edib.

Tədbirdə təhsil işçilərinin inkişaf etmiş qabaqcıl ölkələrin təhsil sistemində qazanılmış yeniliklərlə tanış edilməsi barədə fikirlər səslənib. Bu baxımdan mütəmadi olaraq aktual problemlərin tədqiqi və təhlili ilə bağlı elmi konfranslar, seminarlar, dəyirmi masalar və disputların təşkilinin vacibliyi vurğulanıb.

İnstitutun direktoru Q.Novruzov təhsil sahəsində maddi-texniki və kadr potensialından istifadənin səmərəliliyinin artırılması yollarından danışıb və milli-mənəvi dəyərlərin təbliği istiqamətində birgə fəaliyyət göstərilməsinin vacibliyini vurğulayıb.

Görüşdə Bilik Fondu ilə Təhsil Problemləri İnstitutu arasında ölkə əhalisinin maarifləndirilməsi, milli təhsil konsepsiyasının müddəalarının yerinə yetirilməsi istiqamətində müştərək layihələrin həyata keçirilməsi məqsədilə əməkdaşlıq sazişi imzalanıb.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2480951.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR