AZAL-ın büdcə tarifi üzrə hər iki tərəfə aviabilet qiymətləri

AZAL-ın büdcə tarifi üzrə hər iki tərəfə aviabilet qiymətləri
15:08 15 Yanvar 2016
25 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 yanvar, AZƏRTAC
"Azərbaycan Hava Yolları" (AZAL) Azərbaycanın aeroportlarından olan uçuşlarda büdcə tarifi üzrə hər iki tərəfə aviabilet qiymətlərini elan edib.
“Azərbaycan Hava Yolları” QSC-dən AZƏRTAC-a bildirilib ki, əvvəlcədən elan olunduğu kimi, yeni konsepsiya çərçivəsində 2016-cı il fevralın 1-dən etibarən "Azərbaycan Hava Yolları"nın daha çox tələbatın olduğu reyslərində ekonom sinfinin üç tarif kateqoriyası - “Budget”, “Discount” və “Comfort” mövcud olacaq. Artıq yanvarın 15-dən bu tariflər üzrə aviabilet əldə etmək mümkün olacaq.
"Budget" tarifi üzrə istiqamətlərin qiymətləri (avro ilə)

İstiqamət (hava limanı)

 

Bir tərəfə 

(uçuş Bakıdan olmaqla)

 

Hər iki tərəfə

(uçuş Bakıdan olmaqla)

Tbilisi

69

99

Tehran

79

99

Aktau

79

99

Mineralnıye Vodı

79

99

Moskva ("Vnukovo")

89

129

Moskva ("Domodedovo")

89

129

İstanbul ("Sabiha Gökçen")

89

139

Alanya

89

139

İstanbul ("Atatürk")

99

139

Antalya

99

139

Dubay

99

139

Kazan

99

129

Ankara

109

149

Kiyev

109

149

Minsk

119

149

Sankt-Peterburq

129

199

Lvov

139

199
“Budget”, “Discount” və “Comfort” tarif qaydaları təyyarə göyərtəsində yemək nəzərdə tutmur və yalnız əl yükü (çəkisi 8 kiloqramadək) daşınmasına icazə verir. Sərnişin kassada bilet aldığı zamanı əvvəlcədən isti yemək sifariş verə bilər, veb-sayt üzərindən sifariş verdiyi halda isə bu barədə call-center vasitəsilə (+99412-598-88-80 və ya *8880) məlumat verə bilər. Həmçinin sərnişinlər təyyarə göyərtəsində soyuq qəlyanaltı və içki seçmək imkanı əldə edəcəklər.
Baqajın (23 kiloqrama qədər) uçuşdan ən azı 12 saat əvvəl qeydiyyatı 20 avro təşkil edəcək. Yükün göstərilən vaxtdan gec qeydiyyatı həmin qiymətdən 5 avro baha olacaq.
Bu istiqamətlər üzrə ən ucuz aviabiletləri onların dəyişdirilməsi və geri qaytarılmasını nəzərdə tutmayan “Budget” tarifinin əvvəlcədən bron edilməsi zamanı almaq mümkün olacaq. “Discount” tarifinin qaydaları 40 avro məbləğində cərimə olunmaqla uçuşa qədər aviabileti geri qaytarmaq və ya vaxtını dəyişdirmək imkanı verir. “Comfort” tarifi üzrə aviabileti uçuşa qədər əlavə maliyyə sanksiyaları olmadan, uçuşdan sonra isə cərimə olunmaqla dəyişmək və ya geri qaytarmaq mümkün olacaq.
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (İATA) reqlamentinə əsasən, qlobal bron sistemləri vasitəsilə bron edilən Azərbaycanın bütün beynəlxalq sərnişin aviadaşımalarının qiymətləri vahid Avropa valyutası olan avro ilə formalaşır. Bu qarşılıqlı hesablaşma qaydası İATA-nın Avropa zonasının digər ölkələrində də tətbiq olunur.
Ölkə qanunvericiliyinə əsasən bütün hesablaşmalar ödəniş günü Mərkəzi Bankın rəsmi məzənnəsi üzrə manatla həyata keçirilir.
Onu da qeyd edək ki, ölkə daxilində hava nəqliyyatı ilə sərnişindaşıma qiymətləri dəyişməz qalmışdır - Bakı-Naxçıvan reysinin qiyməti 50 manat, Bakı-Gəncə reysinin qiyməti - 30 manatdan başlayaraq.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/AZAL_in_budce_tarifi_uzre_her_iki_terefe_aviabilet_qiymetleri-918760

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR