"Erməni məşqçi futbolçularımızın tək-tək əlini sıxdı" - Şakir Qəribov

"Erməni məşqçi futbolçularımızın tək-tək əlini sıxdı" -   Şakir Qəribov
15:22 15 Yanvar 2016
25 İdman
Ölkə mətbuatı
A- A+

AFFA-nın Məşqçilər Komitəsinin üzvü Şakir Qəribov affa.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik.


- Sizi 60 illik yubileyiniz münasibətilə təbrik edirik. Özünüzü necə hiss edirsiniz?

- Təbrik üçün təşəkkür edirəm. Yaxın yoldaşlarla söhbət edən zaman bir qədər heyrətlə deyirlər ki, 60 yaşın olur. Amma 60 yaş nədir ki?! Gözünü yumub-açırsan, illər keçir. Əlbəttə, hər kəs cavan qalmaq istəyir. Gücün varsa, gümrahsansa, gəzirsənsə, qidalanmağın normaldırsa, deməli, özünü yaxşı hiss edirsən.


- Ötən günləri tez-tezmi vərəqləyirsiniz?

- Bizim futbol oynadığımız dövrdə vəziyyət indikindən çətin olub. 1991-ci ildən müstəqilliyimizi bərpa etmişik. İndi futbol oynamaq üçün hər cür şərait yaradılıb. Yeni bazalar, meydançalar tikilib. Amma sovet dövründə çətinliklər çox idi. Şərait yaxşı deyildi. Buna baxmayaraq, məsuliyyətimiz böyük idi. Futbol oynayanda pulu deyil, valideyinimizi düşünürdük, istəmirdik onlar bizə görə utansınlar. Ona görə də yaxşı oynamağa çalışırdıq. Təbii ki, istəyimiz “Neftçi”nin əsas heyətinə düşmək idi. Əgər əsas heyətdə yer alırdınsa, o zaman özünü futbolçu hesab edirdin. Əhalisinin sayına görə ölkəmiz kiçik dövlət olmasa da, cəmi bir əsas komandamız var idi. Üstəlik, Sabirabad kimi rayondan gəlib Bakıda futbol oynamaq, həmin komandaya düşmək heç də asan deyildi.


- Uşaqlıq illərinizi necə xatırlayırsınız?

- Ailədə 8 uşaq idik – 6 qardaş, 2 bacı. Atam çayçı olub. Böyük qardaşlarım 24-25 yaşına qədər atamın çayxanasında işləyiblər. Daha sonra hərə özünə bir sənət seçdi. Uşaqlıq dövrümüz çox çətin keçib. Bir qazanımız var idi, 1 kiloqram ətin bozbaşını 8 nəfər yeyirdik və hamımıza çatırdı. Nə qədər çətin olsa da, ləzzəti başqa idi. Açığı, indi daha yaxşı yaşasaq da, həmin bozbaşın dadını, ləzzətini ala bilmirik. Çətinliyin həyatımıza müsbət təsiri də oldu. O günləri görməsəydim, bəlkə də futbolçu olmayacaqdım. Yeri gəlmişkən, qardaşlarım da futbol oynayırdılar. Amma bu yolu sona qədər qət edən mən oldum.


- Bəs indi niyə əvvəlki mehribançılıq, qayğı hiss olunmur?

- Həqiqətən insanlar mehriban, qayğıkeş idi. Paxıllıq çox az idi. Hər kəs son tikəsini bir-biri ilə bölüşməyi bacarırdı. Ab-hava çox yaxşıydı. Bu da tərbiyədən, əhval-ruhiyyədən irəli gəlirdi. İndi texnikanın tərəqqi etdiyi dövrdə yaşayırıq. Gənclər vaxtlarını daha çox kompüter arxasında, televizor qarşısında, ya da telefonla keçirir. Texniki tərəqqinin də müsbət tərəfləri var. Lakin bəzən telefona o qədər aludə olurlar ki, hətta yolu keçən zaman da başlarını qaldırıb sağa-sola baxmırlar.


- Necə oldu ki, futbol ənənəsi olmayan bir rayon Şakir Qəribov kimi futbolçu yetişdirdi?

- Evimizin yaxınlığında yerləşən Mikayıl Müşfiq adına orta məktəbi bitirmişəm. Məktəbə getməyimin də qəribə tarixçəsi olub. Hələ 6 yaşım tamam olmamışdı, adımı birinci sinifə yazdıranda. Uşaqlar məktəbə gedən zaman onların arxasınca ağlayırdım. Bir gün atam dedi ki, çantanı götür, gedək məktəbə. Məktəbin direktoru atamla tanış idi. Qardaşlarımdan birinin paltarını geyindim, o birinin çantasını götürdüm və atamla məktəbə yollandım. Amma direktor atama dedi ki, yaşı azdır. Atam da xahiş etdi ki, Hüseynağa müəllim, bir müddət gəlsin, oxuya bilsə, ikinci sinifə keçirərsiz, bacarmasa, gələn il yenə birinci sinifə gedər. Məktəbə tez getməyimin futbol oynamağıma da təsiri oldu. Evimizin yanında bağ var idi və orda çoxlu ağac əkilmişdi. Yarış qurmuşduq, kim ağacların arasından topla sürətli keçə bilər, 15-20 metlik məsafədən nazik ağacı kim vura bilər və s. Məktəbdə yaxşı futbol oynadığıma görə Uşaq Gənclər İdman Məktəbinə dəvət etdilər. Daha sonra Sabirabadın birinci komandasına qoşuldum. Sovet dövründə hər il "Spartak" stadionunda perspektivli futbolçuların yarışını keçirirdilər. Yeri gəlmişkən, ötən ilin dekabrında U-17, U-18 və U-19 yığmaları arasında mini-turniri keçirməkdə məqsədimiz həmin ənənələri bərpa etməkdir.  Həmin vaxt mənimlə Ruslan Həbibovun adını qeyd edib idman komitəsinə verdilər. Bir gün istedadlı gəncləri Bakıya dəvət etdilər və oyunlarımızı izlədilər. Oyunumuzu bəyəndilər, Gəncə “Dinamo”sunun ovaxtkı baş məşqçisi Vaqif Abbasov “Dinamo”ya dəvət edəcəklərini dedi. İş elə gətirdi ki, Gəncəyə getməli idim, gözlənilmədən 17 yaşımda “Neftçi”yə çağırdılar. Həmin vaxt “Neftçi”də 3 qrup – əsas heyət, əvəzedicilər və bizim kimi gənclərdən qurulmuş komanda var idi. Əvəzedicilərdə məşq etdik, xoşlarına gəldik. Ruslanla mənim Bakıda qalıb məşq etməyimiz üçün 110 manat təklif etdilər. Digər variant isə Gəncədə oynamaq idi. Onda Gəncə də güclü idi. Biz də oynamaq üçün Gəncəni seçdik. 2 il orda oynadım. 1975-ci ildə hərbi xidmətə yollandım. Krasnodara düşmüşdüm. Sonra general Popovun teleqramı əsasında Bakıya, OİK-ə döndüm. 2 ili bu komandanın heyətində keçirdim. 1976-cı ildə “Neftçi” I dəstədə oynayırdı və baş məşqçi Gennadi Bondarenko idi. Həmin vaxt OİK-lə “Neftçi” həftədə bir dəfə yoldaşlıq oyunu keçirirdi. Bondarenko Vaqif İbrahimovla məni bəyənib “Neftçi”yə dəvət etdi. Amma əsgərliklə əlaqədar pasportumuzu təhvil verdiyimizdən, bizi qeydiyyata sala bilmədilər. Məcbur olub, xidmətin sonuncu gününə qədər OİK-də qaldıq. Nəhayət, 1977-ci ildə “Neftçi”yə keçidim baş tutdu və 160 manat maaş qarşılığında oynamağa başladım. 6 ay ərzində əsas heyətə düşdüyümə görə, əmək haqqım 250 manata çatdırıldı. Arada 2 illik fasilə olmaqla 1988-ci ilədək “Neftçi”də çıxış etdim. Karyeramın son aylarını isə Gəncədə keçirdim. Həmin vaxt Anatoli Banişevski baş məşqçi idi. Dedi ki, gəl 6 ay kömək elə, sonra yanımda qalıb, məşqçi kimi çalışarsan. Razılaşdım, amma sonra o, komandada qalmadı. Mən də ilin sonunda işləmək üçün Sabirabada yollandım.


- Niyə Bakıya yox, Sabirabada döndünüz?

- Özümü sınamaq istəyirdim. Buna görə də işə öz rayonumuzdan başladım. Məşqçi olmaq asan deyil. İlk illərdə Ağasəlim Mircavadovun mənə köməyi çox oldu. Dedi ki, sənin xarakterin bu işin öhdəsindən gəlməyinə imkan verir. Tez-tez Ruslan Abdullayevi, Ağasəlim müəllimi oyunlarımıza dəvət edir, çatışmazlıqlar haqda fikirlərini dinləyir, aradan qaldırırdım. Görülən işlər bəhrəsini verdi və 1989-cu ildə Sabirabadın “İnşaatçı” komandası Azərbaycan birinciliyinin qalibi oldu. Bu məndə inam yaratdı. Sonra Bakıya gəldim. Hazırda Məşqçilər Komitəsində çalışsam da, müxtəlif illərdə klublarda, eləcə də əsas millidə və aşağıyaşlı yığmalarda məşqçi, baş məşqçi kimi fəaliyyət göstərmişəm.


- Mütəqillik illərində milli çempionatda Sabirabadı “İnşaatçı” təmsil edirdi. Bu komandada çalışmısınız?

- Komandada tanıdığım məşqçilər işləyirdi. 2 il həmin komandaya məsləhətçi kimi kömək etmişəm.


- Müxtəlif klublarda, yığmada tələbələrinizin köməkçisi işləmisiniz. Çətin deyildi?

- İzlədiyim bir tendensiya məni narahat edir. Bu gün futbolçuların çoxu  karyerasını bitirən kimi dərhal baş məşqçi olmaq istəyir. Əksəriyyəti kiminsə yanında işləyib, öyrənmək istəmir. Mən məşqçi kimi Ağasəlim Mircavadovun, Ruslan Abdullayevin yanında işləyə-işləyə öyrənmişəm. Halbuki “Neftçi” kimi komandanın əsas heyət üzvü olmuşam. Ovaxtkı “Neftçi”ni indiki ilə müqayisə etmək olmaz. Biz “Dinamo”, “Spartak”, ÇSKA kimi komandalara qarşı oynamışıq. SSRİ birinciliyi kiçik Avropa çempionatı idi. “Neftçi”nin heyətində SSRİ birinciliyində 230-dan artıq oyun keçirib, 2-si kubokda olmaqla 6 qol vurmuşam. SSRİ birinciliyində 8 qol vuran yeganə müdafiəçiyəm. Buna baxmayaraq, neçə il Vaqif Sadıqovun, Əsgər Abdullayevin, Şahin Diniyevin köməkçisi olmuşam. Bunu özüm üçün qəbahət saymamışam. Futbolda işləyirsənsə, uşaqları öyrətməlisən. Bu gün millinin üzvlərinin yarısı öyrətdiyim uşaqlardır. Öyrənmək, inkişaf etmək vacibdir.


- Məşqçi kimi rəhbərlik etdiyiniz komandaları vacib oyunlara çıxarmısınız. Amma 2005-ci ildə U-17 ilə erməniləri məğlub etdiyiniz matçı şah əsəriniz saymaq olarmı?

- Onda vəziyyət çox gərgin idi. Həm də bu, müstəqillik əldə etdikdən sonra ermənilərlə futboldakı ilk qarşılaşmamız olacaqdı. Buna görə də təzyiq çox idi. Təsəvvür edin, 6 ay bu oyunun söhbəti getdi, hamı necə oynayacağımızı fikirləşirdi. Oyunlar da İsraildə keçirilirdi. Açığı, özümə çox inanırdım və bu yükün altından çıxacağıma əmin idim. Müsahibələrimdə də deyirdim ki, uduzmayacağıq, yaxşı oynayacağıq. Həqiqətən də nəticə bizim üçün əla alındı. Ən yaddaqalan oyunlarımdan biri oldu. Matçdan sonra Bakıdan çoxsaylı təbrik zəngləri aldıq. Bir epizodu danışım. Oyun başa çatıb, həm sevinirdik, həm də şokda idik. Paltardəyişmə otağına gedən zaman rəqib baş məşqçinin futbolçularına qışqırdığını eşitdim. Erməni dilində danışdığına görə, nə dediyini başa düşmədim. Sonra hirsli-hirsli otaqdan çıxıb məni təbrik etdi və futbolçuları da təbrik etmək üçün icazə istədi. Düşmən olsa da, icazə verdim. Keçdi otağa, futbolçuların tək-tək əlini sıxıb, yaxşı oyuna görə təbrik elədi. Bu bizim qələbəmiz idi.


- “Hər kim yüz il yaşamasa, günah onun özündədir”mi?

- İnsan bədəninin tərbiyəsinə, geyiminə, qidalanmasına diqqət yetirmirsə, günah özündədir. Nəfsini saxlamağı bacarmaq və gözütox olmaq lazımdır. Düzdür, hər birimiz Allahın verdiyi ömrü yaşayırıq. Amma hərəkətlərimizə də diqqət yetirməliyik.

Fanat.az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Rusiyadan Azərbaycana müasir silah və hərbi texnikanın yeni partiyası gətirilib

26 Aprel 2017 20:07

"Nyukasl"ın icraçı direktoru HƏBS OLUNDU

26 Aprel 2017 20:05

Məzunlarımız məktəb proqramının təxminən yarısını mənimsəmirlər - STATİSTİKA

26 Aprel 2017 20:05

Aprelin 28-dən sonra QARABAĞDA MÜHARİBƏ, 10 dəqiqə ƏRZİNDƏ... - GÜNÜN SİYASİ XÜLASƏSİ

26 Aprel 2017 20:03

Gəncədə tələbələr üçün “Məzun 2017” adlı əmək yarmarkası keçirilib

26 Aprel 2017 20:02

Səməd Səmədov: "Ara mahnıları oxuyandan sonra məşhur oldum" - VİDEO

26 Aprel 2017 19:59

İngilis futbolçu 18 ay futboldan uzaqlaşdırıldı -

26 Aprel 2017 19:57

Azərbaycan şirkətləri Yaltadakı forumda iştirak edəcək? - AÇIQLAMA

26 Aprel 2017 19:52

Krım sahillərində faşist gəmisi tapıldı

26 Aprel 2017 19:48

Azərbaycan musqiçiləri Beynəlxalq Mahnı Festivalına qatılacaqlar

26 Aprel 2017 19:47

Həqiqət ortaya çıxdı - Tapılan tabutdakı rus generalıdır? - FOTO

26 Aprel 2017 19:42

Hitler ordusu tərəfindən qarət edilmiş XƏZİNƏ TAPILDI - VİDEO

26 Aprel 2017 19:42

“Real”dan 100 milyonluq təklif

26 Aprel 2017 19:39

Rusiyadan Azərbaycana yeni hərbi texnika gətirilib -

26 Aprel 2017 19:39

İslamiadanın açılış mərasimi V yarış gününə təsadüf edəcək

26 Aprel 2017 19:37

Külək libasını qaldırdı, yağış isə islatdı - FOTO

26 Aprel 2017 19:37

İspaniya Futbol Liqasının prezidenti: "Messinin 3-cü qolu əhvalımı lap korladı"

26 Aprel 2017 19:32

Azərbaycanlı aparıcı toyda elə geyindi ki... - FOTO

26 Aprel 2017 19:27

Neft hasilatçısı olan ölkələrdə iqtisadi artım maliyyə sabitliyinə qurban veriləcək

26 Aprel 2017 19:27

"Fransa Minsk Qrupunun həmsədr ölkəsi kimi öhdəliklərinə sadiqdir"

26 Aprel 2017 19:22

Lerikdə qar kənd təsərrüfatına ciddi ziyan vurub

26 Aprel 2017 19:22

Mərc oyunlarına proqnoz verən futbolçuya 18 aylıq cəza

26 Aprel 2017 19:17

Seçki öncəsi ŞOK! -

26 Aprel 2017 19:17

Evlilik proqramındakı qızı qaçırtdılar? - FOTO

26 Aprel 2017 19:12

Xarici İşlər Nazirliyində Azərbaycan və Fransa arasında XİN-lərarası siyasi məsləhətləşmələr keçirilib

26 Aprel 2017 19:07

Abituriyentlərdən BİABIRÇI NƏTİCƏ - 55,4 faizi 200-dən az bal topladı

26 Aprel 2017 19:05

Antarktidadakı donmayan “Qanlı şəlalə”nin SİRRİ

26 Aprel 2017 19:03

Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi beynəlxalq müdafiə sərgisində iştirak edib

26 Aprel 2017 19:02

Şəkidə “İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda regional konfrans təşkil olunub

26 Aprel 2017 19:02

İlham Əliyev Niderland Kralı və CAR prezidentini təbrik etdi

26 Aprel 2017 18:59

Beynəlxalq Muğam Mərkəzində "Baku Brass" ansamblının konserti - FOTO

26 Aprel 2017 18:57

Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslər HƏBSDƏ QALDI

26 Aprel 2017 18:54

Azərbaycanda Turizm Reyestrinin aparılma qaydası hazırlanacaq

26 Aprel 2017 18:52

BSU-nun professor-müəllim heyəti DTX-da “Şöhrət” muzeyini ziyarət edib

26 Aprel 2017 18:47

Gəncə sakininin üzərindən qatar keçdi

26 Aprel 2017 18:44

"Atama heç vaxt "səni çox istəyirəm" deyə bilmədim" - Məşhur müğənnidən ACI ETİRAF

26 Aprel 2017 18:42

BU DA OLDU: itin cinsi dəyişdirildi

26 Aprel 2017 18:38

Messiyə qarşı PLAN: "Meydana qandal və silahla çıxın"

26 Aprel 2017 18:37

Azərbaycanın ən yaxşı məktəblərinin adları açıqlanıb

26 Aprel 2017 18:37

“Wemogee” proqramı nitq qüsurlu insanlara kömək edəcək

26 Aprel 2017 18:35

Üzeyir Mehdizadə bu ölkələrdə tanınacaq: "Məqsədim budur" - VİDEO

26 Aprel 2017 18:34

Fransalı diplomat: "Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin genişləndirilməsini dəstəkləyirik"

26 Aprel 2017 18:32

"Rza Zərrab atamın oğlu deyil, lakin..."

26 Aprel 2017 18:28

Qəbul imtahanlarında daha çox rast gəlinən QAYDA POZUNTULARI

26 Aprel 2017 18:27

Naxçıvan-da kikboksinq turniri

26 Aprel 2017 18:27

“Bu, yalnız referendum yolu ilə mümkündür” – AKTUAL ŞƏRH

26 Aprel 2017 18:24

Nuri Sərinləndiricinin MAHNISI ERMƏNİ DİLİNDƏ - VİDEO

26 Aprel 2017 18:23

Rusiya ekstremist elan edilən təriqət Bakıda nə axtarır?.. - FOTO

26 Aprel 2017 18:22

Zərifə Əliyevanın doğum günü münasibətilə aksiya keçiriləcək

26 Aprel 2017 18:19

Məşhur aktyor qaydaları pozdu - FOTO

26 Aprel 2017 18:17