Yevlax rayonunun 200-ə yaxın sakininə mülkiyyətə dair çıxarış verilib

Yevlax rayonunun 200-ə yaxın sakininə mülkiyyətə dair çıxarış verilib
15:22 15 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 15 yanvar. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yanvarın 15-də Yevlaxda “Kütləvi çıxarış” kampaniyası keçirib.
Komitədən “Report”a verilən məlumata görə, sosial əhəmiyyətli kampaniya çərçivəsində rayon sakinlərinə bilavasitə yerlərdə və ünvanlarda evlər, mənzillər, torpaqların qeydiyyatına dair operativ xidmətlər göstərilib. Bu xidmətlər dövlət reyestrindən çıxarışların təqdim olunması və ilkin mülkiyyət sənədlərinin qəbulunu əhatə edib.
Məlumata görə, Yevlax rayonunun bir neçə kəndindən olan 200-ə yaxın sakin ərazi idarəsinə getmədən komitənin mobil ofisləri vasitəsilə çıxarış əldə ediblər. Eyni zamanda 100-ə yaxın vətəndaşdan onların mülkiyyətinə dair ilkin sənədlər qəbul olunub. 
Belə ilkin mülkiyyət sənədlərinə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanun qüvvəyə minən tarixədək vətəndaşlara verilən aktlar, şəhadətnamələr, qeydiyyat vəsiqələri, mənzillər barədə orderlər, kolxoz və sovxozların vaxtilə verdikləri əmrlər və digərləri aiddir.
Bundan başqa, komitə bu ildən kampaniya daxilində yeni aksiyaya da start verib. Belə ki, kampaniya çərçivəsində ƏMDK hüquqi yardım aksiyası keçirir. Qurumun hüquqşünasları kampaniyada iştirak edən vətəndaşlara evlər, mənzillər, torpaqlara çıxarış və texniki pasport, yüklülük və digər arayışların alınması, qeydiyyat üçün zəruri ilkin sənədlər, çatışmayan sənədlərin əldə olunması, uyğunsuzluqların aradan qaldırılması, dövlət rüsumu və xidmət haqları, qeydiyyat proseduru və mərhələləri ilə bağlı hüquqi izah və istiqamət veriblər.
Qeyd edək ki, yalnız ötən il bu kampaniya 16 şəhər və ya rayonda həyata keçirilib. Bugünədək ümumilikdə 6000-dən çox vətəndaş bu kampaniyadan faydalanıb.



Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/yevlax-rayonunun-200-e-yaxin-sakinine-mulkiyyete-dair-cixaris-verilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR