Bakı, 15 yanvar, AZƏRTAC
Fevralın 12-də Heydər Əliyev Sarayında “Mən gəncəm” adlı konsert proqramı keçiriləcək.
Saraydan AZƏRTAC-a bildirilib ki, konsertdə gənc ifaçılar yeni, maraqlı və fərqli proqramla çıxış edəcəklər.
Konsertdə istedadlı müğənnilər Nurlan Növrəsli, Cəlal Abbasov, Məryəm Şabanova, Elvin Abdullayev, Səidə Sultan və başqaları iştirak edəcək. Konsertin aparıcısı Günel Hümbətovadır.