Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Şəhriyar Məmmədyarov Hollandiyadakı ənənəvi turnirdə mübarizəyə başlayır

Şəhriyar Məmmədyarov Hollandiyadakı ənənəvi turnirdə mübarizəyə başlayır

Date: 15 January 2016 15:32

Bakı. 15 yanvar. REPORT.AZ/ Bu gün Hollandiyanın Veyk-an-Zee şəhərində şahmat üzrə ənənəvi "Tata Steel Chess-2016" beynəlxalq festivalı start götürür. "Report"un məlumatına görə, 78-ci dəfə təşkil olunan turnirdə 14 qrossmeyster mübarizə aparacaq.
Yarışın A qrupunda Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarovla yanaşı, dünya çempionu Maqnus Karlsen (Norveç), Bakıda keçirilən 2015-ci il Dünya kubokunun sahibi Sergey Karyakin (Rusiya), Fabiano Karuana, Uesli So (hər ikisi ABŞ), Dinq Liren, Vey Yi, Yifan Hou (hamısı Çin), Aniş Qiri, Lyük van Veli (hər ikisi Hollandiya), Maykl Adams (İngiltərə), Pavel Elyanov (Ukrayna), Yevgeni Tomaşevski (Rusiya) və David Navara (Çexiya) iştirak edəcəklər.
Azərbaycanın daha 2 şahmatçısı - Eltac Səfərli və Nicat Abasov isə B qrupunda çıxış edəcək. 
Yarış qaydalarına görə, iştirakçılar ilk turda Amsterdamdakı NEMO Elm Muzeyində, növbəti turda isə Utrext dəmiryolu muzeyində yarışacaqlar.
Qeyd edək ki, dairəvi sistem üzrə keçiriləcək şahmat festivalı yanvarın 31-dək davam edəcək.

Tags:  Şəhriyar Məmmədyarov Hollandiyadakı ənənəvi turnirdə mübarizəyə başlayır

RƏYLƏR


Top news