Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Yeniyetmə cüdoçular arasında açıq Bakı çempionatı keçirilib (FOTO)

Yeniyetmə cüdoçular arasında açıq Bakı çempionatı keçirilib (FOTO)

Date: 15 January 2016 15:33

Bakı. Trend:

11-14 yanvar tarixlərində Şağan Olimpiya Kompleksində cüdo üzrə yeniyetmələr arasında açıq Bakı çempionatı keçirilib.

Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Klubundan Trend-ə verilən məlumata görə, çempionata 38 komanda, 1024 iştirakçı qatılıb. Yarışmada İdman Sağlamlıq Klubunu təmsil edən aşağıdakı iştirakçılar qələbə qazanıb:

28 kq çəkidə Nigar Şahməmmədova - 3-cü yer
34 çəkidə Nivcat Ağayev - 3-cü yer
55 kq çəkidə Kənan Bağırov - 3-cü yer
63 kq çəkidə Nəzrin Quliyeva 3-cü yer

Qeyd edək ki, çempionatın baş hakimi Nizami Ubayev olub. FHN-ni təmsil edən iştirakçılar yarışa məşqçi Taleh Sadıqovun rəhbərliyi ilə qatılıblar.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Yeniyetmə cüdoçular arasında açıq Bakı çempionatı keçirilib FOTO

RƏYLƏR


Top news