Bu həftə başlayan "Gecənin kraliçesi" artıq gündəmdə müzakirə olunmağa başlayıb.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, dünən serialın baş rol aktyorları Murat Yıldırım, Məryəm Uzerli və Uğur Polat arasında gərginlik olması haqda xəbərlər yayılmışdı. İddiaya görə, aktyorlar serialın ancaq Məryəmlə reklam olunmasına etiraz edərək çəkiliş meydançasını tərk ediblər.
Bu gün isə sosial mediada M.Yıldırım, U.Polat və M.Uzerlinin yaradıcı heyətlə bir yerdə olduğu foto yayılıb. Fotodan serialın çəkilişinin problemsiz davam etdiyi bəlli olur.