Braziliya millisinin və İtaliyanın "Roma" klubunun futbolçusu Maykon mətbuata maraqlı açıqlamalar verib.
Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, müdafiəçi "Milan"ın forvardı, bir zamanlar "İnter"də yanaşı oynadığı Mario Balotelli haqqında danışıb.
O bildirib ki, Balotelli yaxşı insan olsa da, "İnter"in məşqlərinə gəldiyi zaman hamımızın ayaqqabılarının içinə təbii ehtiyaclarını ödəyirdi: "Balotelli yaxşı insandır. Amma "İnter"də oynadığımız zaman məşqlərə gələrkən bizim ayaqqabılarımızın içinə təbii ehtiyaclarını ödəyirdi. Buna görə bir neçə dəfə Marko Materatsi ilə dava etmişdi".