Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Türkiyədə azərbaycanlılar oxuyan universitetin 21 professoru saxlanıldı (FOTO)

Türkiyədə azərbaycanlılar oxuyan universitetin 21 professoru saxlanıldı (FOTO)

Date: 15 January 2016 15:41

Türkiyənin Kocaeli Unveristetinin 21 professoru polis tərəfindən saxlanılıb.

ANS PRESS-in məlumatına görə, onların saxlanmasına səbəb "Alimlərin Sülh Təşəbbüsü” qruplaşmasının yaydığı bəyanata imza atmaları olub.

Prokurorluq tərəfindən aparılan istintaq çərçivəsində “Türk millətini, Türkiyə Cümhuriyyətini, Böyük Millət Məclisini və Dövlət Məhkəmə orqanlarını alçatmaq” və “terror təşkilatını təbliğ edən bəyanata" imza atamaqda ittiham edilirlər. 21 professor haqqında məhkəmə həbs qərarı çıxarıb. Onlardan 9-u haqqında artıq cinayət işi qaldırılıb.

Türkiyənin bəzi əyalətlərində yaşanan küçəyə çıxmaq qadağasına etiraz olaraq mindən çox alim etiraz ərizəsinə imza atıb. Onlar hakimiyyəti qətliamda, insanları aclığa və sususuzluğa məhkum etməkdə günahlandırırlar.

Bir müddət əvvəl isə “Alimlərin Sülh Təşəbbüsü” qruplaşmasının lideri Sedat Peker “qanınızı tökəcək və qanınınıza duş qəbul edəcəyik” deyə dövlətə qarşı hədə dolu bəyanatla çıxış edib.


Professorların imza atdığı ərizə


Türkiyənin hazırda bir çox əyalətində terrorçulara qarşı aparılan əməliyyatlar fonunda insanlara küçəyə çıxmaq qadağası qoyulub. Bu əyalətlərə Diyarbəkirin Sur, Şırnağın Cizrə rayonları və sairə aiddir.

1992-ci ildə yaradılan unversitet 2010-cu ildə dünyanın ən yaxşı 2000 unversiteti siyahısnda qərarlaşıb. Kocaeli Unversitetində təhsil alanlar arasında azərbaycanlı tələbələr də var.



Kocaeli Unversiteti

Tags:  Türkiyədə azərbaycanlılar oxuyan universitetin 21 professoru saxlanıldı FOTO


RƏYLƏR


Top news