Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ekspert: Azərbaycan idxal asılılığını azaltmalıdır

Ekspert: Azərbaycan idxal asılılığını azaltmalıdır

Date: 15 January 2016 15:43

Bakı. Ənvər Məmmədov -Trend:

Azərbaycan idxal asılılığını azaltmalı və ölkənin ərzaq təhlükəsizliyini gücləndirməlidir. Bunu Trend-ə iqtisad elmləri doktoru, iqtisadi ekspert, professor Zahid Məmmədov deyib.

Onun sözlərinə görə, ölkə daxilində istehsal edə biləcəyimiz, lakin müxtəlif səbəblərə görə xaricdən gətirdiyimiz məhsulların istehsalını qurmaq lazımdır: "Azərbaycanda bu məqsədlə məhsulların markalaşdırılması və şirkətlərin yaradılması üçün geniş imkanlar yaratmaq lazımdır".

Z.Məmmədov deyib: "Biz əhalini cəlb etməliyik ki, onlar sahibkarlıqla məşğul olsunlar. Əgər istehsalçı bilsə ki, onun məhsulu hər hansı restoran və ya otel tərəfindən 6 il əvvəldən alınıbsa, o, təbii ki, öz məhsulunun istehsalı və satışında maraqlı olacaq".

O əlavə edib ki, bölgələrdən şəhərlərə gəlmiş əhalinin öz torpaqlarına qayıtmasını stimullaşdırmaq lazımdır: "Bundan başqa, torpaq sahələrinin yenidən bölüşdürülməsi ilə məşğul olmaq lazımdır. Alınıb isitfadəsiz qalmış torpaq sahələri boşdursa və orada heç nə yetişdirilmirsə, həmin torpaqları kəndlilərə və fermerlərə qaytarmaq lazımdır. Torpaqlar məhsul istehsalı üzrə istiqamətlənməlidir. Bununla da kənd təsərrüfatı məhsullarının idxalını azaldacağıq. Bu tədbilər idxal asılılığını xeyli azaltmağa və Azərbaycanın ərzaq təhlükəsizliyini gücləndirməyə imkan verəcək".

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Ekspert Azərbaycan idxal asılılığını azaltmalıdır

RƏYLƏR


Top news