“Dostlar” serialı 12 ildən sonra ekranlarda

15:58 15 Yanvar 2016
14 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 yanvar, AZƏRTAC
Ən məşhur gülüş seriallarından biri olan “Dostlar”ın qəhrəmanları yenidən çəkiliş meydançasında bir araya gələcək. Lakin, bu dəfə “Dostlar”ın cəmi bir seriyası səhnələşdiriləcək.
AZƏRTAC mk.ru saytına istinadla bildirir ki, 12 ildən sonra bir araya gələcək aktyorlar məşhur serialın 15 epizodunu çəkmiş rejissor Ceyms Berrouzun xatirəsinə həsr edilmiş 2 saatlıq xüsusi buraxılışda iştirak edəcəklər.
Amerikanın NBC kanalı serialın 6 baş qəhrəmanının hamısının layihədə iştirak edəcəyini artıq təsdiqləyib.
NBC kanalının nümayəndəsi Robert Qrinblatın dediyinə görə ən çətin məsələ bu aktyorların hamısını eyni vaxtda eyni məkana yığmaqdır. “Bu, çətin olsa da, həyata keçirməyə çalışacağıq”.
“Dostlar” serialı 6 Emmi və “Qızıl Qlobus”a layiq görülüb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dostlar_seriali_12_ilden_sonra_ekranlarda-918788

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR