Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Göyçayda quş ətinin satış qiyməti aşağı salınıb

Göyçayda quş ətinin satış qiyməti aşağı salınıb

Date: 15 January 2016 15:58


Göyçay, 15 yanvar, Şahnəzər Bəşirov, AZƏRTAC
Son günlər manatın devalvasiyasından sonra Göyçayın istehlak bazarında bəzi işbazlar tərəfindən yaradılan süni qiymət artımının qarşısının alınması üçün ciddi tədbirlər görülür.
AZƏRTAC xəbər verir ki, Göyçayda unun, eləcə də yerli istehsal olan meyvə-tərəvəz məhsullarının, yumurta və quş ətinin alıcılara yüksək qiymətə təklif edilməsinin qarşısı alınıb. Hazırda Göyçay rayonunda 10-a yaxın iri və xırda quşçuluq təsərrüfatı fəaliyyət göstərir. Bəzi təsərrüfat sahibləri qiymətləri aşağı endirərək, diri çəkisi 1-1,3 kiloqram olan quşların hər birini mağazalara 4 manata satırlar.
Uzun illərdir sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şahin Yaqubov isə rəhbərlik etdiyi fermer təsərrüfatında yetişdirilən 3 aylıq quşların hər birinin 3 manat 40 qəpikdən satışına başlayıb. Sahibkar AZƏRTAC-a müsahibəsində dövlətimizin başçısının süni qiymət artımının qarşısının alınması ilə bağlı tapşırığına əməl etməklə, bu işə töhfə vermək istədiyini bildirib. O, sahibkar Bəxtiyar Yaqubovla birgə yaratdığı quşçuluq fermasında hazırda 12 min quş bəslənildiyini deyib.
Təsərrüfatdakı quşlar təbii yolla yetişdirilir və baytar həkimlər tərəfindən daim nəzarətdə saxlanılır. Qiymətin aşağı salınması alıcıların sayının artmasına da səbəb olub.


Tags:  Göyçayda quş ətinin satış qiyməti aşağı salınıb


RƏYLƏR


Top news