Azərbaycanın metal konstruksiyaları zavodu qiymətlərin azaldılmasına çalışır

Azərbaycanın metal konstruksiyaları zavodu qiymətlərin azaldılmasına çalışır
16:13 15 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. Azad Həsənli - Trend:

Qaradağ Metal Konstruksiyaları Zavodu öz məhsullarının qiymətlərinin azaldılması üzərində işləyir. Bunu Trend-ə zavodun Direktorlar Şurasının sədri Rüfət Sucayev deyib.

O bildirib: "İstehsalatda istifadə etdiyimiz metallar xaricdən gətirilir, qalan hissəni isə ölkə daxilində alırıq. Demək olmaz ki, məhsullarımızın qiyməti devalvasiyaya (dekabr - red.) uyğun artıb (yəni təqribən 48 faiz - red.). Bəli qiymətlər artdı, lakin əhəmiyyətli dərəcədə yox. Hazırda zavodda devalvasiyadan əvvəlki qiymətləri qaytarmaq və sabit səviyyədə saxlamaq üçün optimallaşdırma üzrə ciddi işlər aparılır. Demək istəyirəm ki, ölkədə bütün şirkətlər buna gedərək qiymət artımının qarşısını almalıdır".

R.Sucayev qeyd edib ki, zavod respublikanın metal konstruksiyalarına olan tələbatının 95 faizə qədərini təmin edir: "Əgər bir il əvvəl məhsullarımız yalnız ölkə daxilində reallaşdırılırdısa, hazırda zavod digər ölkələrə, məsələn, Qazaxıstana metal konstruksiyaları tədarük etməyə başlayıb".

Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması üçün qanunvericilikdə edilən dəyişikliklər mövzusuna toxunan R.Sucayev diqqətə çatdırıb ki, şübhəsiz, sahibkarlar aparılan islahatlardan razıdırlar.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2480962.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR