"Dəli kür"ün Mələyi illər sonra - fotolar

"Dəli kür"ün Mələyi illər sonra -  fotolar
16:16 15 Yanvar 2016
35 Şou
Ölkə mətbuatı
A- A+

“Dəli kür” filminin Mələyi, aktrisa Zemfira Sadıqova “10-dan sonra” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, o, aktrisalıq həyatından danışıb:

“Mənim vizit-kartım “Dəli kür” filmidir. Məni bu filmdə sevdilər, onla tanıdılar. Amma orada istədiyim kimi oynamadım, məni ürəyimcə çəkmədilər. Nə etmək olar... Rejissor nə desə, onu da etməliyik. Az filmdə çəkildim, mənim üçün önəmli olan ailəm idi”.

Aktrisa həyat yoldaşı, xalq artisti Yusif Vəliyevdən də bəhs edib:

“Sözün əsl mənasında kişi idi. Mehriban ata, diqqətçil həyat yoldaşıydı".




Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=44329

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR