"ASAN xidmət"də Gömrük Komitəsinin informasiya köşkləri quraşdırılacaq

"ASAN xidmət"də Gömrük Komitəsinin informasiya köşkləri quraşdırılacaq
16:29 15 Yanvar 2016
34 Sosial
Ölkə mətbuatı
A- A+

Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədriAydın Əliyev Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") sədri İnam Kərimovla görüşüb.

 

DGK Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, tərəflər "ASAN xidmət" mərkəzləri vasitəsilə həyata keçirilən gömrük xidmətlərinin artırılması məsələlərini müzakirə ediblər. Görüşdə “elektron bəyanetmə”, “elektron ilkin bəyanetmə”, XİF iştirakçılarına idxal-ixrac əməliyyatları barədə rəsmi arayışların,  müvəqqəti idxal olunan yüngül minik avtomobillərinin vaxtının uzadılması ilə bağlı müvafiq xidmətlərin bundan sonra komitə ilə yanaşı, "Asan xidmət" mərkəzləri vasitəsilə də həyata keçirilməsi barədə məsələlər müzakirə olunub.

 

Bundan başqa, tərəflər gələcəkdə "Asan xidmət" mərkəzlərində DGK-nin informasiya köşklərinin quraşdırılması barədə də razılıq əldə ediblər.

 

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər barəsində ətraflı fikir mübadiləsi aparılıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228854

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR