Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Komitə "Taxta işbazları" barədə rəsmi məlumat yaydı

Komitə "Taxta işbazları" barədə rəsmi məlumat yaydı

Date: 15 January 2016 16:29

Bəzi işbazlar müxtəlif qeyri-qanuni üsullara əl atmaqla gömrük ödənişlərindən yayınmağa çalışırlar. Lakin bu kimi halların qarşısı gömrük orqanları tərəfindən qətiyyətlə alınır, gömrük qanunvericiliyinin tələblərinin icrası təmin olunur. Dövlət Gömrük Komitəsi mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu yaxınlarda gömrükçülər tranzit gömrük proseduru altında ölkə ərazisinə gətirilən xeli həcmdə taxta məmulatının realizə edilməsinin qarşısını alıblar.

 

Astara Gömrük İdarəsinin gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Astara şəhər sakini Əhədulla Hümmətlinin idarə etdiyi “KAMAZ-5410” markalı, 07BD314/44ZA346 nömrəli nişanlı yük maşınından həmin şəhərin sakini Nurulla Nurəliyevin idarə etdiyi “MAZ-54323” markalı, 07BA677/07ZA147 nömrə nişanlı yük maşınına taxta məmulatı yüklənərkən hər iki şəxs saxlanılıb, yükləmə-boşaltma əməliyyatı dayandırılaraq yükə və nəqliyyat vasitəsinə dair sənədlər tələb olunub.

 

Sürücü Əhədulla Hümmətlinin təqdim etdiyi yükə və nəqliyyat vasitəsinə dair sənədlərə əsasən, maşında olan taxta yükü Rusiya Federasiyasından İran İslam Respublikasına göndərilməsindən ötrü bəyannaməçi - Bakı şəhərində yerləşən “MARS-SM“ MMC tərəfindən bəyan olunmaqla, 06.01.2016-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində tranzit çıxış təyinatı üzrə rəsmiləşdirilmiş və tranzit gömrük proseduru altında İrana göndərilməsindən ötrü Astara Gömrük İdarəsinə təyinat verilmişdir.

 

Hər iki yüklü nəqliyyat vasitəsi müvafiq araşdırma aparılması üçün Astara Gömrük İdarəsinə gətirilib və gömrük nəzarəti altında saxlanılıb. Daha sonra həmin yük maşınlarında olan taxta məmulatının çəkisi müəyyən edilib.

 

Nəticədə, təqdim olunan sənədlərdə yükün çəkisi 31500 kq, ölçüsü 50,8395 m3 göstərildiyi halda, faktiki olaraq yükləmə-boşaltma əməliyyatı zamanı saxlanılmış iki maşındakı yükün ümumi çəkisi 11700 kq, ölçüsünün isə 17,308 m3 olduğu məlum olub.

 

Astara Gömrük İdarəsinin əməkdaşları Azərbaycan Respublikasının ərazisindən keçməklə Rusiya Federasiyasından İran İslam Respublikasına tranzit gömrük proseduru altında taxta yükü aparan digər nəqliyyat vasitələrində də oxşar faktları qeydə alıblar. Həmin nəqliyyat vasitələrinə gömrük nəzarəti zamanı təqdim olunan yük müşayiət sənədlərində göstərilənlərlə faktiki yük arasında uyğunsuzluq müşahidə edilib.

 

 zərbaycan Respublikasının vətəndaşları - Mahir Abbasovun idarə etdiyi “MAZ-54323” markalı, 42BO539 nömrə nişanlı maşında yükün çəkisi 33100 kq, ölçüsü 50,179 m3 göstərildiyi halda, faktiki olaraq ümumi çəkisinin 13000 kq, ölçüsünün isə 31 m3 olduğu, Zaur Əkbərovun idarə etdiyi “KAMAZ-5410” markalı, 10NV690 nömrə nişanlı maşında yükün çəkisi 32900 kq, ölçüsü 55 m3 göstərildiyi halda, faktiki olaraq ümumi çəkisinin 14200 kq, ölçüsünün isə 38 m3 olduğu, Raqib Babayevin idarə etdiyi “KAMAZ-5410” markalı, 42BH674 nömrə nişanlı maşında yükün çəkisi 33100 kq, ölçüsü 50,179 m3 göstərildiyi halda, faktiki olaraq ümumi çəkisinin 13600 kq, ölçüsünün isə 35 m3 olduğu, Mahir Abbasovun idarə etdiyi “KAMAZ-5410” markalı, 10XH981nömrə nişanlı maşında yükün çəkisi 33825 kq, ölçüsü 50,179 m3 göstərildiyi halda, faktiki olaraq ümumi çəkisinin 15000 kq, ölçüsünün isə 38 m3 olduğu aşkara çıxarılıb.

 

Bütün faktlarla bağlı araşdırma aparılır.



Tags:  Komitə Taxta işbazları barədə rəsmi məlumat yaydı

RƏYLƏR


Top news