Lənkəran Teatrının “İlan sultan” tamaşası Təbriz və Məşhəddə nümayiş olunacaq

Lənkəran Teatrının “İlan sultan” tamaşası Təbriz və Məşhəddə nümayiş olunacaq
17:03 15 Yanvar 2016
24 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 yanvar, AZƏRTAC
Yanvarın üçüncü ongünlüyündə Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı İranda keçirilən ənənəvi Fəcr Beynəlxalq Teatr Festivalında iştirak edəcək.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, teatrı 34-cü dəfə keçiriləcək festivala İrandan dəvət edilmiş rejissor Xeyrulla Təgiyanipurun quruluş verdiyi “İlan sultan” tamaşası ilə qatılacaq.
Müasir İran dramaturqu Bəhram Benzayinin ibrətamiz pritça əsasında yazdığı bu əsər ilan cildində yaşayan hökmdarın bir qıza aşiq olandan sonra başına gələn macəralardan bəhs edir. Teatrın baş rejissoru Tural Mustafayevin bildirdiyinə görə, Fəcr festivalı bir növ səyyar festivaldır, tamaşalar ölkənin müxtəlif şəhərlərində göstərilir. “İlan sultan” tamaşası da iki dəfə Təbrizdə, bir dəfə də Məşhəddə oynanılacaq. Rolları Əməkdar artist Sücəddin Mirzəyev, aktyorlar Səyyad Əliyev, Aynur Əhmədova, Miraslan Ağayev, Əlibala Əsgərov, Gülər Kərimova, Şəbnəm Hüseynova, Qızılgül Quliyeva, Emin Feyzullayev və Emil Rzayev ifa edəcəklər.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Lenkeran_Teatrinin_Ilan_sultan_tamasasi_Tebriz_ve_Meshedde_numayis_olunacaq-918832

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR