Ötən il dövlət və özəl toxumçuluq təsərrüfatları üzrə 169 min ton taxıl toxumu istehsal edilib

Ötən il dövlət və özəl toxumçuluq təsərrüfatları üzrə 169 min ton taxıl toxumu istehsal edilib
17:08 15 Yanvar 2016
20 Digər
Ölkə mətbuatı
A- A+

Beyləqanda taxıl sahəsi və “Toyota” yanıb (26 İyun 2017 00:01)
Beyləqanda Toyota və taxıl sahəsi yanıb (25 İyun 2017 23:57)
Azərbaycanda 66,4 min cüt ayaqqabı istehsal edilib (24 İyun 2017 19:53)


Bakı, 15 yanvar, AZƏRTAC
Yanvarın 15-də Kənd Təsərrüfatı Nazirliyində Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti tərəfindən 2015-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib. İclasda nazirliyin şöbə müdirləri, müvafiq qurumlarının rəhbərləri və rayon toxum müfəttişləri iştirak ediblər.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, kollegiyada çıxış edən Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi Möhtəsim Əhmədov 2015 ildə toxumçuluq sistemində mövcud vəziyyət və qarşıda duran vəzifələr barədə geniş məlumat verib. Bildirilib ki, ölkədə aparılan toxumçuluq siyasətinin əsas məqsədi daxili toxum bazarını keyfıyyətli, yüksək məhsuldar bitki sortlarının toxumları və tingləri ilə təmin etməkdən ibarətdir. Bu vəzifənin həyata keçirilməsində özəl toxumçu və ting istehsalçılarının fəaliyyəti xüsusi əhəmiyyətə malikdir. “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” və “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadı inkişafına dair Dövlət Proqramı” üzrə həyata keçirilən Tədbirlər planlarında respublikada bitkiçiliyin, o cümlədən onun tərkib hissəsi olan toxumçuluğun inkişaf etdirilməsi, yüksək keyfıyyətli və məhsuldar toxumlara olan tələbatın ödənilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub və bu istiqamətdə mühüm nailiyyətlər əldə olunub.
“Toxumçuluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Nazirlər Kabineti tərəfindən təsdiq edilən kvota əsasında elmi-tədqiqat və digər müvafıq strukturların təcrübə təsərrüfatlarında tələb olunan miqdarda orijinal, super elit və elit toxumlarına çəkilən xərclər dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Həmçinin 2007-ci ildən başlayaraq 1-ci və 2-ci reproduksiyalı toxumlar və ting istehsalına görə dövlət büdcəsinin vəsaiti hesabına subsidiya verilir. Bu tədbir respublikanın regionlarında toxumçuluq və tingçilik işlərinin genişləndirilməsi, kənd təsərrüfatı bitkilərinin toxumlarının və tinglərinin artırılması, toxumçuluq təsərrüfatlarının maddi-texniki bazalarının yaxşılaşdırılması istiqamətində öz müsbət təsirini göstərməkdədir. Dövlət qayğısından istifadə edən bütün növ toxum və ting istehsalçılarının istehsala marağı artıb, istər orijinal, super elit və elit toxumların, istərsə də 1-ci və 2-ci reproduksiyalı toxumların istehsalının genişləndirilməsi imkanları yüksəlib və bəzi bitki toxumlarına, xüsusən strateji əhəmiyyətə malik taxıl toxumuna olan tələbat əsasən daxili istehsal hesabına təmin olunub. Lakin bəzi hallarda torpaq mülkiyyətçiləri sort və səpin keyfıyyətləri məlum olmayan toxumlardan istifadə edirlər ki, bu da son nəticədə məhsuldarlığın kəskin azalmasına və məhsulun keyfıyyətinin pisləşməsinə səbəb olur.
2015-ci ilin məhsulu üçün toxumçuluq subyektləri tərəfindən əkilmiş 60,4 min hektar toxumluq taxıl sahəsində aprobasiya aparılıb və dövlət standartlarının tələblərinə cavab verməyən 18,5 min hektar sahə toxum dövriyyəsindən çıxarılıb, qalan 42 min hektar sahə biçilib və toxumlar təmizlənərək kondisiyaya çatdırılıb.
Ötən təsərrüfat ilində dövlət və özəl toxumçuluq təsərrüfatları üzrə cəmi 169 min ton taxıl toxumu istehsal edilib. İstehsal olunmuş taxıl toxumunun 119 min tonu buğda, 50 min tonu arpa toxumu olmaqla, cəmi toxumun 42 tonunu orijinal, 200,2 tonunu super elit, 1612 tonunu elit, 22,6 min tonunu R1, 43 min tonunu R2 və 100 min tondan çoxunu isə reproduksiyasız toxumlar təşkil edib. Toxum istehsalının 37,3 faizi özəl toxumçuluq təsərrüfatlarının, 1,5 faizi Aqrar Elm Mərkəzinin, 0,7 faizi DKTİM MMC-lərin, 60,5 faizi isə ayrı-ayrı fıziki və hüquqi şəxslərin payına düşür.
“Kənd təsərrüfatı bitkiləri toxumçuluğu ilə məşğul olan hüquqi və fıziki şəxslərin attestasiyadan keçirilməsi və toxum istehsalçılarının reyestrinə daxil edilməsi barədə” Əsasnamənin tələblərinə uyğun olaraq, 2015-ci il ərzində 54 fiziki və hüquqi şəxs toxum istehsalçılarının reyestrinə daxil edilib. Ümumiyyətlə, respublika üzrə cəmi 354 toxumçuluq subyekti toxum və ting istehsalı ilə məşğul olur.
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti “Toxumçuluq haqqında” Qanunun 15-ci maddəsinin 1-ci abzasına uyğun olaraq məhsul istehsalçılarının yüksək məhsuldar və quraqlığadavamlı sortların kondisiyalı toxuma olan tələbatlarının dayanıqlı olaraq ödənilməsi məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyinin tabeçiliyində Dövlət Toxum Fondunun yaradılması haqqında 2015-ci il 2 mart tarixli Sərəncam imzalayıb. Yaradılan Dövlət Toxum Fondu məhsul istehsalçılarını keyfıyyətli toxumla təmin etmək, dövlətin beynəlxalq müqavilələrini yerinə yetirmək, habelə təbii fəlakətə məruz qalmış bölgələrə kömək göstərmək funksiyalarını həyata keçirəcək. Bu fəaliyyətlərin təmin olunması məqsədilə respublikada dövlət reyestrinə daxil edilmiş bitki sortlarının toxumları dövlət, yerli və sığorta fondlarına tədarük olunacaq. Bu da əhalinin ərzaq təhlükəsizliyinin təmin olunmasında vacib əhəmiyyətə malikdir.
Kollegiyanın sədri, nazir Heydər Əsədov toxumçuluğun bitkiçilik məhsullarının istehsalında ən vacib sahələrdən biri olduğunu, bu sahənin elmi əsaslarla inkişafının vacibliyini bildirərək toxumçuluq sahəsi üzrə assosiasiyaların yaradılmasının, toxumçuluq sisteminin elektron uçota keçirilməsinin, bu sahədə struktur islahatlarının aparılmasının, regional Aqrar Elm Mərkəzləri tərəfindən informasiya məsləhət xidmətinin yaxşılaşdırılmasının, şəffaflığı daha yüksək səviyyədə təmin etmək məqsədilə subsidiya alan toxumçuların ünvanları, torpaq sahələri, aldığı subsidiyanın miqdarı barədə məlumatların qısa zamanda nazirliyin internet səhifəsində yerləşdirilməsinin vacibliyini bildirdi.
Sonra rayon toxum müfəttişləri yerlərdə mövcud problemlərdən danışıb, müvafiq təkliflər veriblər.
Kollegiyada kənd təsərrüfatı məhsulları istehsalçılarını yüksək reproduksiyalı və kondisiyalı toxum və tinglə təmin etmək məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və onun yerli qurumlarının maddi-texniki bazasının yaxşılaşdırılmasını, bu sahənin elmi əsaslarla inkişaf etdirilməsini, toxumların təlimata uyğun sertifikatlaşdırılmasını, habelə toxumluq əkin sahələrində və toxum saxlanılan yerlərdə müvafiq bitki mühafizə tədbirlərinin həyata keçirilməsini təmin etmək məqsədilə nazirliyin müvafiq qurum və şöbələrinə tapşırıqlar verilib. Eləcə də 19 rayon Dövlət Toxum Müfəttişliyinin rəisləri ilə müvəqqəti əmək müqaviləsinin bağlanılması, 6 rayon toxum müfəttişinin təqaüdə göndərilməsi, 2 rayon toxum müfəttişinin isə vəzifələrinin öhdəsindən layiqincə gələ bilmədiyinə görə onlarla bağlanmış əmək müqavilələrinə xitam verilməsi barədə qərar qəbul edilib.
 

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Ağ Ev: "Tramp ABŞ-ın dünyada enerji liderliyini möhkəmləndirmək niyyətindədir"

27 İyun 2017 07:48

Azərbaycanlı kafedə namaz qıldığına görə cərimələnib

27 İyun 2017 07:47

Sabunçu bazarında dava düşüb, 1 nəfər xəstəxanaya yerləşdirilib

27 İyun 2017 07:47

Bakıda taksi yaşlı qadını vurdu

27 İyun 2017 07:47

Vaşinqtonda Trans-Xəzər Forumu Azərbaycan və regionumuzun strateji əhəmiyyətini işıqlandırıb (FOTO)

27 İyun 2017 07:43

İlk döndərilən yumşaq robot hazırlanıb

27 İyun 2017 07:42

Laricani Rusiyanı müdafiə etdi

27 İyun 2017 07:39

Tanrının gözəllik lütf etdiyi İslandiya - FOTO

27 İyun 2017 07:37

“Airbus” robot vertolyot hazırlayıb

27 İyun 2017 07:37

"Ağıllı" yorğan hazırlanıb - VİDEO

27 İyun 2017 07:27

Su duzdan daha yaxşı təmizlənəcək

27 İyun 2017 07:12

Merkeldən Avropaya ÇAĞIRIŞ: "Fəallaşın!"

27 İyun 2017 06:58

Moskva ABŞ-ı Suriya ordusuna təxribat xarakterli zərbələr endirməməyə çağırıb

27 İyun 2017 06:57

Göl sahilində modern koma - FOTO

27 İyun 2017 06:32

Bakıda 6 otaqlı ev yanıb

27 İyun 2017 06:15

Zabaykalyedə fövqəladə vəziyyət rejimi tətbiq edildi

27 İyun 2017 06:04

Trampın etirazlara səbəb olan fərmanı qüvvəyə mindi - Amma...

27 İyun 2017 06:03

Rusiyada vətəndaşlığı olmayan şəxslərə şəxsiyyət vəsiqəsi veriləcək

27 İyun 2017 06:02

Bakıda ahıl kişi qonşusu tərəfindən döyülüb

27 İyun 2017 05:47

Pireney dağlarında kottec - FOTO

27 İyun 2017 05:32

Yeni FTB direktorunun namizədliyi Senata təqdim edildi

27 İyun 2017 05:19

Lavrov və Tillerson telefonla danışdı

27 İyun 2017 05:08

Braziliya prezidentinə qarşı korrupsiya ittihamı

27 İyun 2017 04:44

Azərbaycan vətəndaşı Rusiya kafelərindən birində namaz qıldığına görə cərimə olunub

27 İyun 2017 04:37

Kitabxana və İrs Mərkəzi, təbiət və modern - FOTO

27 İyun 2017 04:32

Yəməndə hava zərbələri: 9 ölü

27 İyun 2017 04:22

Kabab çəkən gənc özünü yandırdı - EHTİYATSIZLIQ

27 İyun 2017 04:13

Bakıda taksi yaşlı qadını vuraraq ağır xəsarət yetirib

27 İyun 2017 03:37

Xuzistanda bir ev - FOTO

27 İyun 2017 03:32

Sərxoş sürücü 7 qonşunun maşınını əzdi - Bakıda

27 İyun 2017 03:24

Hökumət qüvvələri ilə terror qruplaşması arasında döyüş olub -

27 İyun 2017 03:06

Rumıniyada yeni baş nazir təyin olunub

27 İyun 2017 03:02

Nigeriyada silsilə terror hücumları nəticəsində 9 nəfər ölüb

27 İyun 2017 02:43

Sloveniyada məktəb və uşaq bağçası - FOTO

27 İyun 2017 02:32

Bakıda ikimərtəbəli ev yandı

27 İyun 2017 02:29

Alt paltarı geyinmədiyi üçün İŞDƏN QOVULDU - FOTO

27 İyun 2017 02:23

Səudiyyə Ərəbistanının Yəməni bombalaması nəticəsində 9 dinc sakin ölüb

27 İyun 2017 02:22

Yəmən yenidən bombalandı: 9 ölü, 4 yaralı

27 İyun 2017 01:54

Astroloji proqnoz -

27 İyun 2017 01:54

Niderlanda yaşı 4,5 milyard il olan meteorit düşüb

27 İyun 2017 01:42

Qəzzadan İsrail ərazisinə raket atıldı

27 İyun 2017 01:38

Almaniyada şəhər kənarında ev - FOTO

27 İyun 2017 01:32

Mobil telefon bazarında durğunluq yaranıb -

27 İyun 2017 01:32

Beyləqanda yanğın olub

27 İyun 2017 01:08

Qəzza zolağı İsraili raket atəşinə tutdu

27 İyun 2017 01:04

Mingəçevirdə boğulmaq təhlükəsi ilə üzləşən şəxs xilas olunub

27 İyun 2017 00:57

Qəzza zolağından İsrail tərəfə raket atılıb

27 İyun 2017 00:37

Qətərin xarici işlər naziri ABŞ-a səfər edəcək

27 İyun 2017 00:31

Nigeriyada silsilə partlayışlar - 16 ölü, 13 yaralı

27 İyun 2017 00:23

Astroloji proqnoz - 27 iyun

27 İyun 2017 00:08